Bəs taliban necə yarandı?

31-01-2026, 11:14           
Bəs taliban necə yarandı?
Taliban hakimiyyəti mürtəce qanunlar çıxarır. Öz xalqını cəhalətə sürükləyir. Bəs taliban necə yarandı?
Talibanın necə yaranması barədə mübahisələrə aydınlıq gətirək- Talibanı ABŞ-ın xüsusi xidmətləri yaradıb və bunu ABŞ önəmli dövlət xadimi, dünya siyasətinin mühüm şəxslərindən olan Z.Bjezinski rəsmən etiraf edib. Bu təşkilatın sonradan güclənərək ABŞ-ın təsir dairəsindən çıxmağı isə artıq başqa mövzudur.
Z.Bjezinski:
“Nəyə peşman olmalıyam? Bu gizli əməliyyat (Əfqanıstanda İslam fundamentalistlərini dəstəkləmək) əla bir fikir idi. Nəticədə ruslar Əfqanıstan tələsinə düşdülər və buna görə mənim peşman olmağımı istəyirsiniz? Sovetlər sərhəddi rəsmən keçdikləri gün Prezident Karterə yazdım: "İndi SSRİ -yə Vyetnamdakı savaşımızı vermək imkanımız var". Həqiqətən də, demək olar ki, 10 il ərzində Moskva rejimin qəbul edə bilməyəcəyi bir müharibə aparmaq məcburiyyətində qaldı. Dünya tarixi üçün daha vacib nədir? Taliban yoxsa Sovet imperiyasının dağılması? "
İlham Gadir
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru