Yejovu əvvəlcə vəzifiədən çıxarıb, sonra güllələdilər, bu hərəkəti ilə Stalin xalqda böyük hörmət və rəğbət qazandı…
4-02-2026, 17:54

Stalin Soçidə istirahətdə olanda Moskvaya qəzəb dolu bir məktub göndərir, niyə xalq düşmənləri planı çox az yerinə yetirilir? Dövlət təhlükəsizlik komitəsinin başçısı olan Henrik Yaqoda insan qırğınlarını tam yerinə yetirə bilməməsi ilə gühanlandırıldı, Stalin Moskvaya geri dönəndə hamı ilə görüşüb bircə Yaqodaya əl uzatmadı, bu onun ölümü demək idi.
NKVD-yə Nikolay Yejov gətirildi, balaca boy, psixloloji problemləri olan və homoseksual olan bu adam represiyaların əsas icaçısı idi.
Bu müəmmalı təyinatın sirrini yəqin ki, Stalindən başqa heç kim bilməyib. Yalnız araşdırmalardan belə qənaətə gəlmək olar ki, həmin ərəfədə rəhbər böyük miqyaslı “təmizlik” işlərinə start verməyə hazırlaşıb. Və əvvəlcədən Yejovun çox da normal olmayan psixoloji durumu son incəliklərinə qədər öyrənilib və qənaətə gəlinib ki, bu cür psixoloji durumda olan insandan maksimum istifadə etmək olar. Digər bir tərəfdən Nikolay Yejovun Stalinə qarşı qədərindən də artıq sədaqətli olması, rəhbərə xoş gəlmək üçün bütün tapşırıqları düşünmədən, müzakirəsiz yerinə yetirə biləcəyi də nəzərə alınıb. Beləliklə də, yeni “NKVD” şefi ağılasığmaz repressiyalar, sürgünlərlə Stalinin planlarını həyata keçirməyə başlayıb. Komissar olduğu dövrdə Nikolay Yejov 1 milyon 500 min insanın həyatına son qoyub. Bunlardan 800 minə yaxını ən ağır cəzaya, ölüm hökmünə məhkum edilib.
“Dəmir komissar”ın “NKVD”-yə gətirdiyi yeniliklərdən biri “xalq düşmənləri”nin sayı ilə bağlı müttəfiq respublikalara, vilayətlərə qoyduğu plan idi. O, hər bir respublikaya və vilayətə neçə nəfər insanın cəzalanmasını konkret rəqəmlərlə göstəriş verib. Cəzalar iki növə bölünüb, güllələnmə və xüsusi düşərgələrə sürgün. Repressiyaya məruz qalacaq insanların sayı və siyahısı Yejovun başçılığı ilə NKVD-də hazırlanıb. Bu insan talelərinə son qoyan sənədə Siyasi Büroda “xeyir-dua” veriblər. Stalin siyahıda kimin adının qarşısına 1 rəqəmi qoyubsa, yəni 1-ci kateqoriya güllələnmə, 2 rəqəmi qoyubsa, sürgün və türmə cəzası nəzərdə tutulub.
Cəzaların say planı ilə bağlı məmurlar arasında bu cür yazışmalar aparılıb:
Omsk vilayəti Xalq Daxili İşlər Komissarlığı idarəsinin rəisi Qorbaçın Yejova teleqramı: “Vilayətdə 1-ci kateqoriyadan 5444 nəfər həbs olunub”.
Yejovun cavabı: “1-ci kateqoriyaya aid olan həbslərin sayı 8 minə çatdırılsın və təcili məruzə edilsin”.
Digər məruzələrdə göstərilir ki, Ukrayna planı 30 min nəfər, Belarusiya 5 min nəfər artıq yerinə yetirib.
Tarixin ironiyasına baxın ki, 1937-ci il kütləvi represiyası xalqda böyük narazılıq yaratmağa başayanda Stalin bütün günahları Yejovun üzərinə atdı, Yejovu əvvəlcə vəzifiədən çıxarıb, sonra güllələdilər, bu hərəkəti ilə Stalin xalqda böyük hörmət və rəğbət qazandı…
Osman Eminov.

