Azərbaycanda "yastıq altında" milyardlar yatır - Məbləğ AÇIQLANDI

4-02-2026, 16:22           
Azərbaycanda "yastıq altında" milyardlar yatır - Məbləğ AÇIQLANDI
Son 20 ildə Azərbaycan əhalisi 17 milyard ABŞ dolları dəyərində xalis xarici valyuta alıb.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Həmin məbləği manata, avroya, funt sterlinqə də çevirə bilərsiniz. Biz buna "yastıq altındakı vəsait" deyə bilərik. Əsas məqsədimiz odur ki, o pullar real sektora gəlsin, ölkə iqtisadiyyatına yönəlsin", - deyə o qeyd edib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycandakı mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışını 423 milyon ABŞ dolları üstələyib./report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]