Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər

29-05-2026, 00:06           
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
Yutub süni intellektdən istifadə olunaraq yaradılmış məzmunun işarələnməsi ilə bağlı tədbirləri genişləndirir.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı şirkət özü yayıb.

Bildirilib ki, yutub süni intellektlə yaradılmış məzmun barədə qeydləri istifadəçilər üçün daha görünən edəcək.

Belə ki, əvvəllər videoda süni intellektdən istifadə olunması barədə məlumat əsasən videonun təsviri hissəsində yerləşdirilirdi. İndi isə müvafiq qeyd birbaşa videonun adının yanında göstəriləcək. Dəyişikliklər isə həm standart videolara, həm də “Shorts” formatına şamil olunacaq.

Bundan əlavə, yutub süni intellektlə yaradılmış məzmunun aşkarlanması üçün avtomatik analiz sistemini işə salır. Əvvəllər bu cür yoxlamalar əsasən istifadəçi müraciətlərindən sonra və ya əl ilə aparılırdı. İndi isə videohostinqin alqoritmləri süni intellekt vasitəsilə yaradılmış şəkillər və digər elementləri ehtiva edən materialları müstəqil şəkildə müəyyən edə biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru