Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT

Bu gün, 11:08           
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Krım körpüsü Ukrayna ordusunun müdaxiləsi olmadan da çökə bilər. Onu bu regionda vaxtaşırı baş verən zəlzələlər asanlıqla dağıda bilər.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Elmlər Akademiyasının S.İ. Subbotin adına Geofizika İnstitutunun seysmoloqu Dmitri Qrin bildirib.

Alimin fikrincə, ruslar bu körpünü əvvəldən təhlükəsizlik baxımından həmin ərazidə inşa etməməli idilər. Çünki Kerç boğazında torpaq qatları son dərəcə qeyri-sabitdir və burada özünəməxsus geoloji qırılma xətləri mövcuddur.

“Ruslar dövlət tikinti normalarını xüsusi olaraq dəyişdirib həmin ərazinin seysmik risk göstəricilərini aşağı salıblar. Orada çox zəif torpaq qatları və Kerç yarımadası ilə Taman yarımadası arasında qırılma sistemi mövcuddur. Bu tikinti siyasi qərar idi”, – deyə o bildirib.

Qrin vurğulayıb ki, Krım bölgəsində vaxtaşırı zəlzələlər baş verir və bu, bir neçə gün əvvəl də təsdiqlənib. Onun sözlərinə görə, hətta zəif yeraltı təkanlar belə körpünün konstruksiyasına mənfi təsir göstərə bilər və bu təsir zamanla yığılır.

“Bu körpü üçün geri dönməz proseslər artıq gedir. Ukrayna ərazisindəki seysmik hadisələr belə onu sonda məhv edə bilər, hətta raket zərbələri olmadan da...”, – deyə ekspert qeyd edib.

Dmitri Qrin həmçinin xatırladıb ki, təxminən hər yüz ildən bir Krımda güclü zəlzələlər baş verir. 1927-ci il Krım zəlzələsi zamanı yarımada 9 bala çatan təkanlarla silkələnmiş və genişmiqyaslı dağıntılar qeydə alınmışdı.

Alimin fikrincə, yaxın illərdə buna bənzər hadisənin təkrarlanma ehtimalı yüksəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru