Meksika cəngəlliklərində qədim şəhər aşkarlandı - FOTO

Bu gün, 16:58           
Meksika cəngəlliklərində qədim şəhər aşkarlandı - FOTO
Meksika cəngəlliklərində arxeoloqlar tərəfindən Mayya sivilizasiyasına aid, indiyədək heç bir müdaxiləyə məruz qalmamış qədim şəhər aşkar edilib. Tərcümədə "Yol yoxdur" mənasını verən "Minanbe" adlı bu şəhər bizim eranın VII-X əsrlərinə aid edilir və təxminən 15 hektar ərazini əhatə edir.

"Spiegel" nəşri xəbər verir ki, tarixi kompleks Kampeçe ştatındakı Kalakmul biosfer qoruğunda tapılıb. Bu barədə məlumat yayıb.

Beynəlxalq tədqiqatçılar qrupu qazıntı sahəsinə çatmaq üçün cəngəlliklərin içərisindən çətinliklə yol açmalı olublar. Nəticədə mütəxəssislər 13 metrlik piramida, saraylar, meydanlar, su kanalları və üzərində başın kəsilməsi səhnəsi təsvir edilmiş daş lövhə aşkarlayıblar. Qalıqların tədqiqi zamanı müasir lazer texnologiyalarından istifadə olunub.

Meksikanın mədəniyyət naziri Klaudiya Kuriel de İkasa bildirib ki, tapılan abidələr və mətnlər alimlərə bu qədim sivilizasiyanın son əsrləri haqqında yeni məlumatlar verir. Ekspedisiya rəhbəri isə ərazinin çox çətin keçidli olması səbəbindən bu yerə rəmzi olaraq "Minanbe" adını verdiklərini bildirib. Arxeoloqlar yaşayış məskəninin tamamilə toxunulmaz və qarət edilməmiş qalmasının onlar üçün böyük sürpriz olduğunu vurğulayıblar.

Qeyd edək ki, bu, son bir həftə ərzində edilən ikinci belə kəşfdir. Baxmayaraq ki, hər iki obyekt ölkənin şərqində, bir-birindən təxminən 1000 kilometr məsafədə yerləşir. Verakrus ştatında aşkar edilən ikinci kompleks dairəvi daşlardan və monolitdən ibarətdir və daha erkən dövrə - III-VII əsrlərə aiddir. Həmin qazıntıları aparan arxeoloqların sözlərinə görə, bu, qeyri-adi tikilidir və hələlik onun digər Mayya şəhərləri ilə əlaqəsinə dair heç bir sübut yoxdur.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru