Keyfiyyətsiz yanacağın gizli əlamətləri

Bu gün, 11:06           
Keyfiyyətsiz yanacağın gizli əlamətləri
"Yanacağın keyfiyyətini avtomobilin çəninə doldurmazdan əvvəl müəyyənləşdirmək demək olar ki, imkansızdır".

Bu barədə aif.ru saytına müsahibəsində avtomobil üzrə mütəxəssis Roman Qulyayev bildirib.

Ekspertin sözlərinə görə, yanacağın keyfiyyətini vizual olaraq yoxlamaq üçün hər hansı bir üsul mövcud deyil: "Diaqnostika, əslində, yalnız mühərrik işə salındıqdan sonra mümkün olur. Təəssüf ki, keyfiyyətsiz yanacağı yalnız postfaktum, yəni o, artıq çənə doldurulduqdan sonra aşkar etmək mümkündür".

Mütəxəssis qeyd edib ki, avtomobil yaranmış problemi sürücüyə özü hiss etdirəcək. Başlıca məsələ nəqliyyat vasitəsinin reaksiyalarına diqqətli yanaşmaqdır. Yanacaqdoldurma məntəqəsindən (YDM) ayrıldıqdan sonra maşın qaz pedalına adekvat reaksiya vermirsə, bu, yanacaq sisteminin "zəhərləndiyinə" dair açıq siqnaldır:

"Sürücü problemi mühərrikin fəaliyyətindəki dəyişikliklərdən dərhal başa düşə bilər. Mühərrikdə titrəmə yaranır, dövriyyə itir və maşın əvvəlki kimi normal hərəkət etmir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru