İmişlidə Azərbaycan bayrağına olan hörmətsizlik FOTO, VİDEO

21-04-2015, 01:06           
İmişlidə Azərbaycan bayrağına olan hörmətsizlik FOTO, VİDEO
İmişli şəhərinin mərkəzində yerləşən Bayraq Meydanından asılmış Azərbaycanın bayrağı cırılıb.

Rayon sakinlərinin Avropa.info-ya verdikləri məlumata görə, bayraq dünəndən başlayan kəskin küləkli havadan sonra parça-parça olub. Sakinlərin dediyinə görə, Bayraq Meydanından asılmış dövlət bayrağının cırılması faktı ilk deyil.

"Bayraq Meydanındakı dövlət bayrağı dəfələrlə cırılmasına baxmayaraq, ciddi tədbir görülmür. Dəfələrlə külək əsməsi nəticəsində cırılan bayrağı yamaq parçalarla yamayırlar və bunun da ömrü çox qısa olur. İcra başçımızın dövlətimizin bayrağı üçün, 5-6 metr parça almağa gücü çatmırsa, bunu İmişli camaatı özü ala bilər."

Avropa.info İmişlinin Bayraq Meydanında cırılan dövlət bayrağımızın videosunu təqdim edir:















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]