Prezidentin Münhendən verdiyi mesajlar

16-02-2026, 09:48           
Prezidentin Münhendən verdiyi mesajlar
Prezident İlham Əliyevin France 24-ə verdiyi müsahibə diplomatik nəzakət çərçivəsində səslənsə də, mahiyyətcə sərt siyasi mesaj idi. Bu, daxili auditoriya üçün yox, birbaşa Qərb üçün hazırlanmış çıxış idi.
Birinci mesaj: Qarabağ mövzusu bağlanıb. Əliyev açıq şəkildə göstərdi ki, Bakı üçün münaqişə mərhələsi bitib və məsələ artıq müzakirə predmeti deyil. Qərbin “status”, “humanitar suallar”, “keçid mexanizmləri” kimi anlayışları bu mərhələdə Azərbaycan üçün aktual deyil. Bu, faktın qəbul etdirilməsi cəhdidir.
İkinci mesaj: Sülh olacaq, amma Bakının şərtləri ilə. Ermənistan konstitusiyasındakı ərazi iddiaları dəyişmədən hüquqi sənəd imzalanmayacaq. Bu, ultimatum deyil, açıq çərçivədir. Əliyev Qərbə demək istəyir ki, əgər real sülh istəyirsinizsə, İrəvana təzyiq mexanizmlərini işə salın.
Üçüncü mesaj: Azərbaycan enerji və logistika baxımından alternativsiz oyunçudur. Müsahibədə enerji təhlükəsizliyi, Avropaya qaz tədarükü və nəqliyyat dəhlizləri təsadüfi vurğulanmadı. Bu, Brüsselə xatırlatmadır: siyasi narazılıqlar ayrı məsələdir, amma enerji reallığı dəyişmir.
Dördüncü və ən incə mesaj Rusiyaya yönəlib. Əliyev balans xəttini qoruduğunu nümayiş etdirdi. Nə Moskvanı açıq tənqid etdi, nə də Qərb blokuna tam inteqrasiya görüntüsü yaratdı. Bu, klassik çoxvektorlu siyasətin davamıdır.
Proqmatik baxımdan baxanda müsahibənin alt qatında bir fikir var: Azərbaycan artıq regional obyekt deyil, subyektdir. Qarabağdan sonra Bakı “münaqişə tərəfi” yox, “regional şərt qoyan aktor” kimi danışır.
Müsahibədə diqqət çəkən bir başqa məqam isə Əliyevin mühakimə olunmuş separatçı liderlərlə bağlı qəti mövqeyi oldu. O, bu insanların cinayətlərini “ciddi cinayətlər” adlandırdı və heç bir siyasi motivlə amnistiya etməyəcəyini bildirdi. Bu yanaşma daxili auditoriya üçün sərt siyasi mövqe kimi səslənsə də, dış siyasət üçün “ədalət və dövlət suverenliyi” mesajını gücləndirir.

Tufan Məmmədov – iqtisadçı ekspert












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru