Suriya ordusu Hələb əyalətində 50 yaşayış məntəqəsini azad edib

28-10-2015, 11:17           
Suriya ordusu Hələb əyalətində 50 yaşayış məntəqəsini azad edib
Suriya ordusu Hələb əyalətinin şimal-şərqində 50-dək yaşayış məntəqəsini azad edib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə vəziyyətlə yaxından məlumatlı olan mənbə bildirib.

“Ordu ötən gün İdlib əyaləti istiqamətində xeyli irəliləyib. Əlli kənd – 120 kv. kilometr ərazi azad edilib. Lüdeh və Hadəddin yaşayış məntəqələrinin sakinləri artıq öz yurdlarına qayıdıb”, deyə hərbçilər bildirib.

İrimiqyaslı hücum əməliyyatın könüllülərdən ibarət silahlı dəstələrin dəstəyi ilə həyata keçirildiyi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru