Saakaşvili yayılan videosundan danışdı

7-01-2016, 12:38           
Saakaşvili yayılan videosundan danışdı
Rusiya mətbuatında Gürcüstanın sabiq prezidenti, hazırda Odessanın qubernatoru vəzifəsində çalışan Mixail Saakaşvilinin narkoman olması barədə iddialar ortaya çıxıb

Buna sübut kimi Saakaşvilinin Gürcüstan prezidenti postunda olarkən iştirak etdiyi tədbirlərdən birində çəkilmiş video ortaya atılıb.

teref.az xəbər verir ki, məsələ ilə bağlı anspress-ə açıqlama verən Mixail Saakaşvili bunun Rusiya tərəfindən geri atılmış addım olduğunu qeyd edərək ona qarşı növbəti kampaniyaya start verildiyini deyib.
"Mən yeni ili cəbhə xəttində döyüşçülərlə birgə keçirdim. Mənə xəbərlər gəlirdi ki, Rusiya mətbuatı bu barədə mənə qarşı kampaniya aparır. Biz buna həmişə hazırıq. Bizim burada məqsədimiz uğurla davam edir. Ukrayna xalqı bu uğura nail olmaq uçün mərdliklə mübarizə aparır", deyə Saakaşvili bildirib.

Saakaşvili ona qarşı aparılan bu kampaniyanın başında kimin dayandığını bildirərək buna hazır olduğunu qeyd edib: "Bilirəm ki, mənim haqqında nələr deyilə bilər, hansı iftiralar ola bilər. Mənim üçün ən əsası ətrafımın mənim haqda fikirləşdiyidir. Hələ ki, bu barədə şikayət yoxdu".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru