Odessada 4 azərbaycanlı tələbə güllələndi

3-05-2015, 22:53           
Odessada 4 azərbaycanlı tələbə güllələndi
Mayın 1-nə keçən gecə Odessanın Lev Tolstoy meydanında İ.Meçnikov adına Odessa Milli Universitetinin sərxoş tələbələri arasında münaqişə baş verib və nəticədə dörd əcnəbi tələbə güllə yarası alıb.

"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Milisdən qeyd ediblər ki, atışma bolqar və azərbaycanlı gənclərin mübahisəsinin yekunu olub. Mübahisə zamanı bolqar tələbə qaçıb və həmyerlilərimiz onu təqib etməyə başlayıblar. Daha sonra bolqar tələbə üzərindəki səsboğucusu olan döyüş tapançası ilə arxasınca gələnlərə bir neçə dəfə atəş açıb.
Mənbənin məlumatına görə, insident nəticəsində azərbaycanlı tələbələr omba, qarın, çiyin və əl nahiyələrindən güllə yaraları alıblar.

İstintaq zamanı müəyyən edilib ki, bolqar tələbə silahı Ukrayna ərazisinə qanunsuz olaraq keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]