"Suriya məsələsinə görə ABŞ-ın deyil, Rusiyanın səbri tükənir"

21-06-2016, 11:25           

Rusiya Silahlı Qüvvələrinin rəisi Valeri Gerasimov bildirib ki, Suriyadakı vəziyyətlə bağlı ABŞ-ın deyil, Moskvanın səbri tükənmək üzrədir.

Ölkə.Az-ın Ria Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən həftə ABŞ-ın dövlət katibi Con Kerri analoji bəyanatla çıxış edərək söyləmişdi ki, Suriya məsələsi ilə bağlı Vaşinqonun səbri tükənib. Daha sonra ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Con Kibri gərginliyi azaltmaq üçün bildirmişdi ki, Kerri Rusiyanı təhdid etməyib, sadəcə yaranmış vəziyyətlə bağlı öz təəssüfünü bildirib.

Gerasimovun sözlərinə görə, Vaşinqton özünün nəzarətində olan ərazilərdə müxalifətlə baş edə bilmir.

"Pentaqon hələ də başa düşmür ki, kimə zərbə endirir, müxalifət haradadır, terrorçular harada. Nəticədə Suriyada terrorçular öz güclərini bərpa edə və möhkəmləndirə bilirlər",- deyə qərargah rəisi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru