İranın dini liderindən maraqlı açıqlama:"İŞİD-in əsas vəzifəsi İranı zəbt və məhv etmək olub"

26-06-2016, 11:45           

İŞİD terror qruplaşmasını yaradanların əsas məqsədi İranı məhv etmək olub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib.

“İŞİD terror qruplaşması əsas vəzifəni həyata keçirmək üçün yaradılmışdı: İranı zəbt etmək və məhv etmək. İraq və Şamın (Suriyanın tarixi adı) işğalı bu məqsədə çatmaqda hazırlıq mərhələsi olub. Lakin İranın düşmənləri bu müharibədə məğlub olacaqlar, çünki onlar İranın gücünü lazımınca qiymətləndirmirlər. İran onu dizi üstünə çökdürmək istəyənləri birinci çökdürəcək”, – deyə Xamenei bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru