"Qaçqınlar Avropanın zəhləsini töküblər, İttifaq qaçqınlara görə dağılacaq" — D.Tramp

27-06-2016, 13:41           

Ölkə.Az "The Times" qəzetinə istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Avropaya kütləvi miqrasiyanın təhlükəli nəticələr verəcəyini söyləyib.

"Qaçqınların kütləvi surətdə axını həm Avropa İttifaqının dağılması, həm də Avropanın özünün tanınmaz dərəcədə dəyişilməsi ilə nəticələnəcək. Britaniya sakinləri məhz buna görə Brexit üzrə referendum keçirdilər və doğru addım atdılar.

Əgər qaçqınlar olmasaydı, İttifaqın dağılmasından söhbət getməzdi. Lakin insanlar qaçqınların əlindən cana doyublar. Tezliklə bütün ölkələr Britaniyadan nümunə götürəcəklər", - deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru