Putindən Kadırova böyük jest- Çeçen liderə məsul kürsü təklif olundu

27-06-2016, 23:51           

Rusiya prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırova daha bir jest edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin indi də Kadırovu Rusiya Dövlət Dumasında görmək istəyir.

Artıq baş nazir Dmitri Medvedev bu təklifi Kadırova çatdırıb. Rusiya rəhbərliyi çeçen lideri, həmçinin Prezident Administrasiyası rəhbərinin müavini Vyaçeslav Volodini hakim «Vahid Rusiya» partiyasının deputat siyahısına daxil etməyi düşünür.

Dumanın iclasında çıxış edən Dmitri Medvedev bildirib ki, Volodin Volqoqrad, Saratov, Penzenski və Tambovski vilayətlərini əhatə edən 15-ci dairədə mübarizə apara bilər.

Siyahıda Ramzan Kadırovla yanaşı, İnquşetiya lideri Yunus-Bek Evkurov, Peterburqun qubernatoru Georqiy Poltavçenko və Moskva meri Serqey Sobyanin kimi, sürpriz adlar da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru