20 gün əvvəl İŞİD-in Atatürk Hava Limanını partladacağı barədə xəbərdarlıq edilib - CNNTürk

29-06-2016, 18:54           
20 gün əvvəl İŞİD-in Atatürk Hava Limanını partladacağı barədə xəbərdarlıq edilib - CNNTürk
“Türkiyənin kəşfiyyat xidməti 20 gün əvvəl aidiyyəti qurumlara İŞİD-in İstanbulda terror aktı törədəcəyi barədə məlumat göndərib”.

APA-nın xəbərinə görə, bunu CNNTürk-ün Ankara təmsilçisi Hande Fırat canlı yayında deyib. Jurnalist bildirib ki, iyunun əvvəlində ölkə rəhbərliyinə və aidiyyəti orqanlara İstanbulda partlayış olacağı barədə kəşfiyyat məlumatı göndərilib. Xəbərdarlıq məlumatında terror aktının törədilməsi ehtimal olunan yerlərin siyahısı hazırlanıb. Siyahıda Atatürk Hava Limanının da adı olub.

Qeyd edək ki, Hava Limanında törədilən partlayış nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru