Erməni baş nazir iclasa 700 minlik saatla gəldi

15-09-2016, 16:56           
Erməni baş nazir iclasa 700 minlik saatla gəldi
Ermənistanın baş naziri Karen Karapetyan dünənki parlament iclasına 700 min dollarlıq qol saatı ilə gəlib. Axar.az xəbər verir ki, bu haqda erməni mətbuatı yazıb. Bildirilir ki, iclasda onun ilk ciddi xəbərdarlıq etdiyi şəxs “iş adamı” Ermənistan prezidenti Serj Sərkisyanın qardaşı Saşık Sərkisyan olub.

Qeyd edək ki, Ermənistanda Baş nazir Ovik Abramyanın istefasından sonra bu posta Karen Karapetyan gətirilib. Bundan başqa, Müdafiə naziri Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəhbər gedəcəyi, Xarici İşlər naziri Edvard Nalbəndyanın isə istefa verəcəyi gözlənilir. Yeni kabinetdə müxaliflərin təmsil olunacağı istisna olunmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru