Çin müharibəyə hazırlaşır

8-11-2025, 12:44           
Çin müharibəyə hazırlaşır
Qərb kəşfiyyat xidmətləri Çinin 2026-cı ilin noyabrında Tayvana hərbi müdaxilə planlaşdırdığını istisna etmir.

Almaniyanın "Bild" nəşri yazır ki, bu ssenari ABŞ-da aralıq seçkilərdən sonra daxili qarışıqlıqlar yaranacağı təqdirdə reallaşa bilər.

Mənbələrin məlumatına görə, Pekin ABŞ-da, xüsusilə Donald Tramp və ya demokratlar tərəfindən seçki nəticələrinin mübahisələndirilməsi fonunda yaranacaq siyasi böhranı fürsət kimi qiymətləndirir.

Qərb kəşfiyyatının hesabatlarında bildirilir ki, Çin hazırda çoxlu sayda mülki bərəni hərbi məqsədlər üçün modernləşdirir və 2026-cı ilin sonuna qədər 70-dən çox iri bərənin inşasını planlaşdırır.


Mənbə: unikal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru