İran gəmilər üçün Hörmüzdən keçidi müvəqqəti pulsuz etdi

Bu gün, 08:26           
İran gəmilər üçün Hörmüzdən keçidi müvəqqəti pulsuz etdi
İran qarşıdakı 60 gün ərzində Hörmüz boğazından istifadə ilə bağlı heç bir xidmət haqqı tələb etməyəcək və bütün xərcləri öz üzərinə götürəcək.

TASS xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Ali Şurası bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Hörmüz boğazından keçmək istəyən bütün gəmilər əvvəlki qaydada İranın Fars Körfəzinə Nəzarət İdarəsinə (PGSA) müraciət etməlidirlər. Bununla yanaşı, həmin müraciətlərin operativ qaydada nəzərdən keçiriləcəyi bildirilib.

Şura həmçinin vurğulayıb ki, İran ABŞ ilə imzalanmış memoranduma uyğun olaraq Hörmüz boğazının minalardan təmizlənməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirəcək.

Xatırladaq ki, ABŞ və İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan 14 bəndlik memorandum artıq imzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru