"Al Cazeera"nın göstərdiyi qız qrimlərlə "şikəst" edilibmiş - VİDEO, FOTO

3-12-2016, 00:22           
"Al Cazeera"nın göstərdiyi qız qrimlərlə "şikəst" edilibmiş - VİDEO, FOTO
Bir neçə gün öncə Qətərin "Al Jazeera" telekanalında göstərilən və guya Suriay hökumət qüvvələrinin fəaliyyəti nəticəsində "yaralanan" qız, əslində qrimçilərlə "şikəst" edilibmiş. FaktXəbər-in Tass-a istinadən verdiyi məlumata görə, İRİNN telekanalı bununla bağlı videomaterial təqdim edib.

Telekanalın xəbər saytında «Əl-Jazeera» qrimçilərinin işini göstərən fotolar təqdim edib. Kadrlardan görünür ki, bu işin mütəxəssisləri qızın üzünə qorxu filmlərinin çəkilişi zamanı istifadə olunan "ölüm qrimi" çəkirlər. Nəticədə "qəhrəmanın" üzünün sol hissəsində dəhşətli "qanlı yara" görünür.

Qız bu vəziyyətdə bir neçə gün öncə "Suriya Ordusunun Qurbanı" kimi təqdim olunubmuş.

Telekanalın bildirdiyinə görə, bu, bir daha Qətərin terrorçuları dəstəklədiyinin sübutu ola bilər.

Xatırladaq ki, bundan əvvəl də Qətərin "Al-Jazeera" kanalı "Suriya Ordusunun xəstəxananı bombalaması" barədə kadrlar hazırlamışdı. Lakin videoda maraqlı bir kadr izləyənlərin gözündən yayınmamışdı. Belə ki, divara söykənərək gülümsəyən bir adam, çəkilişləri gördükdən sonra, qarnını tutaraq üz gözünü "ağrıdan" turşudur.
[media=https://www.youtube.com/watch?v=sqI4NkpEips]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru