Honkonq İsveçrəni geridə qoydu: Dünyanın yeni maliyyə paytaxtı

Bu gün, 16:18           
Honkonq İsveçrəni geridə qoydu:
Honkonq ilk dəfə olaraq İsveçrəni geridə qoyaraq xarici kapitalın yerləşdirilməsi üzrə dünyanın aparıcı maliyyə mərkəzinə çevrilib. Buna əsas səbəb materik Çindən kapital axınının artması və yerli fond bazarının bərpası göstərilir.

"İnterfaks"ın verdiyi xəbərə görə, bu barədə "Boston Consulting Group"un (BCG) dərc etdiyi "Global Wealth Report" hesabatında bildirilib.

Hesabata əsasən, 2025-ci ildə Honkonqda yerləşdirilən xarici aktivlərin həcmi 10.7 faiz artaraq 2.95 trilyon dollara çatıb. İsveçrədə isə bu göstərici 7.6 faiz artımla 2.946 trilyon dollar olub.

BCG proqnozlaşdırır ki, Asiyada kapitalın sürətlə artması nəticəsində 2030-cu ilə qədər Honkonq və İsveçrə arasındakı fərq təxminən 600 milyard dollara çatacaq.

Məlumata görə, tarif müharibələri və makroiqtisadi qeyri-sabitliyə baxmayaraq, dünyada şəxsi kapitalın ümumi həcmi artıq 333 trilyon dollara yüksəlib.

Ekspertlər həmçinin bildirirlər ki, sərvətin artması Honkonqda "family office" adlanan ailə kapitalının idarə olunması strukturlarının inkişafını sürətləndirib. 2023-cü ildən bəri belə strukturların sayı 25 faiz artaraq 2025-ci ilin sonuna 3 384-ə çatıb. Araşdırmalara görə, bu strukturların hər biri ən azı 10 milyon dollar, mindən çoxu isə 100 milyon dollardan artıq aktiv idarə edir.

Honkonq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru