KIRIM VƏ KIRIM TÜRKLƏRİ TÜRK İMPERATORLUQLARI DÖVRÜNDƏ

Bu gün, 16:54           
KIRIM VƏ KIRIM TÜRKLƏRİ  TÜRK İMPERATORLUQLARI DÖVRÜNDƏ
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
I YAZI
Qədim yunanlılar Kırıma “Tauris” vəya “Hersones Tavrik”, yəni “Buğa Yarmadası” demişlər. Yeddinci əsrdə bura Xəzər Türklərinin hakimiyyəti altında olduğundan buraya “Xəzəriyyə” də deyilmişdi. “Kırım” kəliməsi isə Qızıl Orda Türklərindən sonra işlədilməyə başla- nılmışdır.Tədqiqatçılardan Rıza Nur Bəy “Kırım”sözünün Türkcədə “istehkam” mənasına gəldiyini, Zəki Vəlidi Toğan da tarixi coğrafya qeydlərində bu kəlimənin Türkcə olduğunu və Türkistandakı “Kurum” kəliməsiylə eyni kökdən olduğunu qeyd etmişdilər.
Öncə buraya “ Salxat” deyilmiş, sonra get-gedə bu ad bütün Kırım Yarmadasına verilmiş və bura Osmanlıların əlinə geçməsindən sonra tamamilə “Kırım” adını almıştır. Kırım, Türk-Nogay dastanlarında da mühüm bir yer tutur. Tarixi qaynaqlarda Kırımda 40 min məscidin və 40 qalanın olduğundan bəhs edilir.
Tədqiqatçılar göstərirlər ki, tarix boyu müxtəlif xalqların, xüsusilə də Türk soylu topluluqların yaşadığı bir coğrafi ərazi olan Kırım Yarmadasının hələlik tarixə bəlli ən qədim sakinləri İskit qövmlərindən sayılan “Taurlar”dır. Yarmada da onlara istinadən “Taurida” olaraq adlandırılmışdı. Tarixi mənbələrdə “Taurlar” haqqında eradan əvvəl 1250-ci ildə Yoas adında bir kraldan bəhs edilmişdir.
Tədqiqatçılar göstərirlər ki, “Asyadan gələn və Basıl (Barslı, Barsula, Barsıl, Baslık) Türkləriylə ilişkiləndirilən İskit (Saka) köçəri- ləri eradan əvvəl VIII-V yüzilliklərdə Kırımın bozkır bölgəsində yaşa- mışdılar. İskitlərdən sonra eradan əvvəl VI əsrdə Kırım sahillərində Yunan koloniyaları qurulmağa başlamış və bu bölgələrə Rumlar yerləş- mişdilər. Eradan əvvəl I əsrdəki Yunan koloniyaları artıq Roma haki- miyyəti altına girmişdi. Sahil bölgələri dışında qalan bozkır bölgəsində isə eradan əvvəl IV-I əsrlər arasında İskitlər kimi köçəri olan və bünyəsində müxtəlif irq və millətləri barındıran Sarmat topluluğu hâkim ünsür halına gəlmişdi. Kırım bölgəsi II əsrdən etibarən Qot qəbilələrinin quzeydən gerçəkləşdirdikləri axınlara məruz qalmış, son- da bu axınları IV yüzildə Hunlar durdurmuşdu. IV əsrdəki Qot hücum-larının ardından Hunların Quzey Avropaya enişləri sırasında Kırım və Azov sahillərinə Sarmatlara bağlı “Alan” qrupları yerləşmişi ki, bunlar Qot qalıntıları ilə bərabər XIII əsrə qədər Kırımın yaylalıq hissələrində yaşamışdılar. “Alan” adlı topluluq bugün Quzey Qafqazdada yaşamaq- da olan Osetinlər ilə əlaqələndirsələr də, Quzey Qafqazda Türklüyün yeganə təmsilçilərindən biri olan Qaraçay-Balkar topluluğu özlərinə “Alan” deyə xitab etməkdədirlər. Bir Türk topluluğu olan Qaraçay-Bal- karların özlərini “Alan” deyə adlandırmaları Alanlar ilə əlaqədar olduq- larını ortaya qoymaqdadır (Seçmələr bizimdir-A.Q. Bax: Cihan Yal- var,Taurlardan Osmanlılara Kırımın Siyasi Tarihi, https: // dergipark. org.tr/tr/download/article-file/ 264801)
Hun-Türk İmperatorluğunun yıxılışından sonra Kuban ve Don çayları ilə Azov Dənizi sahillərində çeşidli Türk qəbilələrinin və ayrıca Bulgarların yerləşdikləri bilinməkdədir. IV əsrdən etibarən Asiyadan Avropaya doğru gerçəkləşən yayılmanın keçiş nöqtəsini oluşduran Quzey Qaradəniz bu əsrdən etibarən Türklərlə yenidən tanışmışdır. VI əsrin ortalarında Türküstandan gələn və içlərində Avar Türklərinin də olduğu yeni Türk axınlarına məruz qalan Kırımın sahil boylarındakı koloniyalar, bu dönəmdə Bizans İmperatorluğu- nun yönətimi altına girmişdi (Bax: file:///C:/Users/User/ Downloads /289730.pdf ).
Sonra Kırımda Yunanlılar və Romalılar hâkim olmuş, onlardan sonra Alanlar, Gotlar, Kunlar, Avarlar, Oğurlar, Gök Türklər, Xəzərlər, Peçeneklər, Uz ( Oğuz ) 1ar ve Qıpçaklar sırasıyla Kırıma ya qismən ya da tamamilə hakim olarak bir-birini əvəz etmişlər. Nəhayət Kırım bütünlüklə Qızıl Orda dövlətinə tabe olmuşdur.
"Avropanın incisi" adlandırılan Krım Yarımadası tarixən ayrı-ayrı xalqların və dövlətlərin, fərqli dinlərin də təmas nöqtəsi olmuşdur. Antik dövrdə "Böyük İpək Yolu" Krımdan keçərək, Çinlə Romanı - Şərqlə Qərbi birləşdirirdi. Mütəxəssislərin fikrincə, Yarmada öz adını türk sözü olan "qırım"dan götürüb. "Qırım" sözü türk dillərində "xən- dək" mənasını verir. Qədim Türk yurdu olan Kırımın mənbələrdə adıçə- kilən ilk sakinləri kimmerlər və iskitlər hesab edilirlər.( Bax: https:// oxu. az/interesting/327981)
İskitlərin Kırımda miladdan öncə VI-V yüzilliklərdən başlayaraq 800 ildən çox davam etmiş ağalığına III yüzillikdə qədim alman tayfala- rından olan qotlar və onların müttəfiqləri olan alanlar son qoysalar da qotların Kırımda ağalığı uzun sürməmiş, 370-ci ildə Balamir Xanın başçılıq etdiyi 100 minlik Hun ordusu qotları Kırımın dağlıq hissəsinə sıxışdırmışdılar. Kırımdakı İskit padşahlığının paytaxtı indi Simferopol adlandırılan Ağ Məscid idi. Kırımın “Türk tarixi”, Türk birliklərinin Avrasiyanın şərqindən qərbinə doğru yayılmalarının ilk dövrlərindən başlayır. XIII əsrə qədər Kırım yarımadası, əsasən, Roma və Bizans imperiyalarının təsir dairəsində olsa da, bir çox tarixi mənbələr bu bölgəyə türksoylu qıpçaqların gəlişinin hələ V-VI əsrlərdən etibarən başladığını təsdiq edir. Sonrakı əsrlərdə digər türk tayfalarının da Kırım Yarmadasına yayılması daha geniş vüsət alaraq, Yarımadanın etnik mənzərəsini tamamilə Türklərin xeyrinə dəyişmişdi. Nəticədə, XIII əsrin əvvəllərindən Kırım ərazisində ardıcıl olaraq Türk, Qızıl Orda hakimiyyətləri mövcud olmuşdur. Tarixən Türklərin yayıldıqları ərazi- lərdə zəngin dövlətçilik ənənələrinin əsasını qoyması Kırımdan da yan keçməmişdi. Qızıl Ordanın əhəmiyyətli dərəcədə zəifləməsindən istifa də edən Kırım Türkləri I Hacı Girayın rəhbərliyi ilə 1441-ci ildə tarixdə ilk dəfə müstəqil Kırım Xanlığının əsasını qoymuşdular. 1453-cü ildə Konstantinopolun fəthi bütün regionda geosiyasi durumu Türklərin xeyrinə dəyişmiş, yaranmış əlverişli şəraitdən istifadə edən Kırım Xanlığı Osmanlı İmperiyası ilə ittifaqa girməklə düşmənlərə qarşı güclü cəbhə formalaşdırmağa nail olmuşdu. 1475-ci ildə Kırım Xanlığı Osmanlı İmperiyasının təbəəliyinə keçsə də, geniş miqyasda muxtariy- yət hüquqları əldə edərək, XVIII əsrin sonlarına qədər öz dövlətçiliyini qoruyub saxlaya bilmişdi. Beləliklə, ötən ən azı min beş yüz il ərzində bu regiona Türklərin ruhu hopmuşdu.
Bugün “Kırım Tatarları” adlanan xalqın keçmişi, onların digər xalqlarla olan əlaqə və münasibətlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Bugünkü Kırım Tatarlarının əksəriyyəti Sünnü təriqətinə mənsub olub, ənənəvi olaraq Hənəfî məzhəbinə bağlıdırlar. Kırım Tatarlarının ana dili Türk dili vəya Kırım Türkcəsi (Tatarcası) dir. 1944-cü il “Böyük Sürgün” öncəsi “Yalıboyu” adlanan Kırımın güney sahili boyunca yaşayanlar məhz Türkiyə Türkcəsinin uzantısı olan böyük ölçüdə Oğuz Türkcəsi ağırlıklı bir ləhçədə danışdıqları kimi, “Çöl” adlanan Kırımın quzey kəsimlərindəki düzlük bölgələrin və Kerç Yarmadasının əhalisi Qıpçak özəlliklərini daşıyan bir ləhcəyə malikdir- lər. Digər tərəfdən, coğrafî olaraq Kırımın orta hissələrində yerləşən Baxçasaray ve Qarasubazar bölgələrində danışılan şivə isə yuxarıda qeyd edilən bir-birindən xeyli fərqli dialektlərin qarışığından ibarət bir dildir. “Orta yolak” adı da verilən və eyni zamanda ədəbi Kırım Tatar dili olaraq qəbul edilmiş olan bu şivə tam bir Oğuz-Qıpçak karışığından ibarət umum Türk dünyasında orijinal bir mövqeyə malikdir.
Mövcud dil ve kültür xüsusiyyətləri bu xalqın əsas hissəsinin kökünün tarixi Türk etnosuna dayandığı heç bir şübhə doğurmur. Etnik Türk ünsürlərin Yarmadadakı hakimiyyəti altında keçən çox uzun bir sürəc içində Müsəlmanlaşan vəya Türkləşən diğər etnik qrupların da bu tərkibə daxil olduğunu qeyd etmək gərəkir. Unudulmamalıdır ki, strate- ji cəhətdən yolların kəsişdiyi bir ərazidə yerləşən Kırım, ən qədim çağ- lardan bəri daha çox sayda bir-biriylə qohum, yaxud da bütünlüklə fərqli xalqların keçdiyi yahud da yerləşdiyi bir bölgə olmaqla bərabər, burada məskunlaşan xalqların da çox geniş bir coğrafi ərazi ilə daima münasibətləri davam etmişdir. Bu mənada, Türk vəya proto-Türk xalq-ların bölgədə təsbit edilə bilinən mövcudiyyətlərindən əvvəl, miladdan öncə IX yüzildən etibarən Yarmadada Kimmer, Tavr, İskit, Sarmat, Yunan ve Got hakimiyyətlərinin təsis edildikləri bilinməkdədir. Antik çağlardan bəri də özəlliklə Yalıboyunda canlı bir ticarət və şəhərləşmə prosesi baş vermişdi.Tədqiqatçıların fikrincə, Türklərin Kırım Yarma- dasındakı mövcudiyyəti kəsin olaraq IV əsrdə Yarmadanı hakimiyyəti altına alan Hun Türklərinin adı ilə bağlıdır.
Hunların böyük hökmdarı Atillanın ölümündən sonra onun böyük oğlu, ordusunun əksəriyyətini Bulqar Türkləri təşkil edən Ərən Kırıma qayıtmışdı. Azərbaycanın şimalına gələn Ərən 451-ci ildə buradakı Sasani ordularını darmadağın etmişdi. Türkoloqlar "Alp Ərən" sözünün bu Hun Xaqanının adından götürüldüyünü qeyd edirlər. Bizans İmpe ratoru Yustin 464-cü ildə öz elçisi Patrisi Probanı Sasanilərə qarşı birgə mübarizə aparmaq üçün Kırımdakı Hun Xaqanı Ziliqdunun sarayına göndərmişdi. VI yüzilliyin ortalarında Kırım Yarmadasının qərbində Avar Türkləri məskunlaşmışdılar.
567-ci ildə Türksənfin başçılıq etdiyi Göytürk ordusu Kerç boğazından keçərək Kırımda Türklərin hakimiyyətini daha da möh-kəmləndirmişdi. Hunlardan sonra VI əsrin ikinci yarısında Kırım Yar- madasının “Çöl” adlanan hissəsi qısa bir dövrdə Göy Türk Xaqanlı- ğının hakimiyyəti altında bulunmuşdu.
Göy Türk Xaqanlığının dağılmasından sonra isə VII əsrin ortalarına doğru Xəzər Türklərinin hakimiyyəti altında olmuşdur (Seçmələr bizimdir-A.Q. Bax : Doç. Dr. Hakan KIRIMLI, Bilkent Üniversitesi, KIRIM TATARLARI KİMDİR? https://www. kirimdernegi. org. tr/temel-bilgiler/kirim-tatarlari-kimdir).
Qüdrətli Xəzər İmparatorluğu dönəmində Kırımın bəzi bölgələri etnik cəhətdən Türkləşməyə başlamışdı. Xəzər hakimiyyəti bu Yarmadanın hər tərəfini əhatə etməsə də İmperatorluğun bünyəsində Kırımın xüsusi bir yeri olmuşdur. Yarmadanın güneyindəki sahil hissəsi qismən Bizans İmperatorluğuna tabe idi. Xəzər Türklərinin varlığı Kırıma damğasını elə vurmuşdur ki, Yarmada XV yüzildə belə bəzi Avropalılar tərəfindən “Gazaria” ( Xazariya -A.Q. ) olaraq adlandırılmışdı. Kırım o dövrdə etnik baxımdan Türk olmaqla birlikdə Musəvi bir xanədânın idarə etdiyi Xəzər İmparatorluğunda əsasən İslâm dini də daxil digər dinlərə də tolerant münasibət göstərilmiş və dövlətin bir xeyli Müsəl- man təbəəsi bulunmuşdu. Bu səbəbdən də Kırımda ilk Müsəlmanlar Xəzər Türkləri dönəmindən görülməyə başlamışdır.
Kırımdakı Xəzər Türklərinin hakimiyyəti IX yüzilin ikinci yarı-sında çökdüsə də, Asyadan gələn yeni köçəri və savaşçı Türk dalğaları bölgənin tədricən Türkləşmə sürəcini davam ettirmişdilər. Belə ki, Peçeneqlər X yüzilın ikinci yarısından etibarən Yarmadanın çöl və dağətəkləri qisminə hakim omuşldular. Adı keçən dönəmdə Kırım Peçeneklərlə Bizans İmparatorluğu arasındakı əlaqələrin kilit nöqtəsini təşkil edirdi.
Peçeneklərin ardından gələn Türk qəbiləsi Qıpçakların (Kuman- lar) X-XI yüzillərdə Qaradəniz’in quzeyindəki geniş çöllərdə və Kırımda hakimiyyətlərini təsis etmələri, Yarmadanın Türkləşməsi tarixində ən önemli dönüm nöqtələrindən birini təşkil etmişdi. Kırım Yarımadasında 300 il davam etmiş növbəti Türk etnik plastı Peçeneqlərin və Qıpçaqların (kuman) hakimiyyətləri dövrü başlamışdı.
1116-cı ildə Qıpçaqlar Peçeneqləri məğlub etdikdən sonra Qara dənizin şimal sahillərinin, o cümlədən, Kırımın gerçək sahiblərinə çevrilmişdilər. Kırımda yaşayan Qıpçaqlar arasında islam dini yayılmağa başlamışdı. Kırım Qıpçaqlarının paytaxtı Sudaq şəhəri idi. Kırımın Qıpçaq dövrünə aid mədəniyyət nümunələri içərisində daşdan yonulmuş insan heykəlləri xüsusi yer tutur. Bu dövrdə Kırım Qıpçaqları içərisində "Leyli və Məcnun", "Yusif və Züleyxa" əsərləri geniş yayılmışdı. XII-XIII yüzilliklərə aid edilən "Kodeks Kumanikus" adlı lüğət Kırımdakı müsəlman-Qıpçaq mədəniyyətinin şah əsərlərindən biri hesab edilir.
Türküstandan başlayıb Doğu Avropaya qədər Qaradənizin quzeyi boyunca yayılan bozkırlara “Dəşt-i Qıpçak” (Qıpçak Çölləri) adının verilməsi heç də boşuna deyildir. Qıpçaklar Kırımın tarixinə elə bir damğa vurmuşlar ki, bugün Kırım Tatarları adlanan xalqın dili və kültürü üzərində də Qıpçak ünsürü böyük ağırlıq daşımaqdadır. XI yüzildə daha çox Qıpçağın İslamı qəbul etməsi ilə əlaqədar olaraq Kırımda Müsəlman əhalinin sayı çoxalmışdı. Belə ki,xeyli sayda Qıpçağın kölə vəya paralı əskər sifətiylə Müsəlmanlaşaraq Müsəlman ölkələrdə savaş- çı görəvini üstlənmələriylə Qıpçaklar və İslâm dünyası arasında çoxdan bəri münasibətlər qurulmuşdu. Misirdəki kölə kökənli əskərlər Qıpçak- lardan təşkil olunduğu kimi, Məmlûk Dövlətinin banisi Sultan Baybars da Kırımda anadan olmuş bir Qıpçak idi. Kırımın böyük hissəsində Qıpçak hakimiyyəti XIII yüzilın ortalarına qədər davam etmişdi. Bu arada Yarmadanın güney sahillərində qısa bir sürə üçün də olsa ilk dəfə güneydən gələn Türklərin hakim olduğu görülür. 1227-ci ildə Anadolu Səlcuqlu Sultanı I Ələddin Keykubadın əmrindəki Hüsa- məddin Çoban Bəy bir Selcuqlu donanması ilə Qıpçakları məğlub edə- rək Sudaq şəhəri və ətrafını ələ keçirmişdi (Seçmələr bizimdir-A.Q. Bax: Doç. Dr. Hakan KIRIMLI, göstərilən yazısı, səh.5, 6 ).
XIII yüzilin başlarında Çingiz Xanın meydana gətirdiyi müəz- zəm İmperatorluq Kırımın da taleyini dəyişdirmişdi. Çingiz Xanın ordula-rından bir grup ilk olarak 1223-cü ildə Qaradənizin quzeyinə gələrək burada Qıpçak-Rus birləşmiş qüvvətlərini darmadağın etmişdi. Bu qələbəyə baxmayaraq onlar öncə bölgədə qalıcı olmamışlar. Ona görə də 1237-ci ildə Çingiz Xanın nəvəsi Batının komandanlığı altındakı ordu geri dönərək bənzəri görülməmiş bir qüdrətlə önlərinə gələn bütün güçləri əzərək Avropanın ortalarına qədər bütün əraziləri ələ geçirmişdilər. Beləliklə, Kırım da bu nəhəng Doğu İmperatorlu- ğunun bir parçası olmuşdu. Çingiz Xanın ölümündən qısa bir sürə sonra İmperatorluğun faktiki olaraq dörd parçaya bölünməsiylə Kırım Yarmadası da “Qızıl Orda” adı ilə anılan möhtəşəm bir İmperatorluğun payına düşmüşdü ( Seçmələr bizimdir-A.Q.Bax:https://www. Kirim dernegi.org.tr/ te melbilgiler/ kirim-tatarlari-kimdir).
Çingiz Xan İmperatorluğunun hər birinin başında Çingiz soyun- dan xanların bulunduğu dörd varis İmperatorluqdan üçü sürətlə Türkləşmişdi. Qızıl Orda İmperatorluğunun əsasını təşkil edən İdil (Volga) boyu, Dəşt-i Qıpçaq və Kırımdakı Türk ünsürlərin çoxluğu, həmçinin Çingiz ordularıyla bərabər doğudan gələn ünsürlərin Moğollardan daha çox sayda Türklərin olması, Qızıl Ordanın bir neçə nəsildən sonra tamamilə Türkləşməsinə yol açmışdı. XIV yüzilin başlanğıcında bu qüdrətli İmperatorluq İslâm dinini rəsmən qəbul etmişdi.
Qızıl Orda dönəmi İdil (Volga) boyu, Dəşt-i Qıpçaq və Kırımda- kı Türk varlığının son şəklini alması baxımından böyük önəm daşıyır. Həmşinin bu xalqlara yabançılar tərəfindən ümumən “Tatar” adının verilməsi də yenə bu dönəmin bir xatirəsidir. Bugün işlədilən “Tatar” təbiri Rusların Qızıl Ordaya tabe olmuş bütün Türk xalqlarına (hətta bəzi hallarda təmas etdikləri Os. manlılar xaric bütün Türklərə-A.Q.) verdikləri bir ad olaraq göstərilməkdədir.
Etnik və dil baxımından bəhs edilən xalqların nə “əsil Tatarlar”la, nə də Moğollarla heç bir əlaqələri olmamış və həttâ öz aralarında da böyük fərqlər mövcud isə də, “Tatar” təbiri özünə yer edərək günümüzə qədər qalmaqdadır. XX yüzilə qədər bu Türk xalqlarından bir çoxunun özlərini “Tatar” olaraq adlandırmadıqlarını, hətta bəzilərinin bu təbir- dən heç xoşlanmadıqlarını da qeyd etmək gərəkir.
Aralarında bugünkü Rusların da bulunduğu Doğu Slavyan xalqlarını iki yüz ildən artıq öz hakimiyyəti altında saxlayan Qızıl Orda İmperatorluğu dövrü Kırımda da Türk mədəniyyətinin kəsin olaraq təsis olunduğu dönəmdir. Kırımın Müsəlmanlaşması da bu dövrdə son şəklini almışdır. Beləliklə Kırım təqribən beş əsr aralıqsız olaraq Türklərin hakimiyyəti altında olmuşdur.
Yalnız Türk dünyasını dеyil, o zamankı Avrasiyanın böyük bir hissəsini içinə alan, dünyaya yеni bir nizam gətirən Türk-Moğol İmpе- ratorluğunun Şərqi Avropa və Quzеy Türküstan bölgəsi Çingiz xanın nəvəsi, Cucinin oğlu Batı Xan tərəfindən idarə olunmuşdu. Batı xan 28 illik hakimiyyəti dövründə bütün rus knyazlıqlarının siyasi varlıqlarını ortadan qaldırmış, Quzеy Qara dəniz bölgələrini və Şərqi Avropanı işğal еtmiş, Xəzər dənizi və Aral gölünün ətraflarını da öz Qızıl Orda dövlətinə qataraq Böyük Türk-Moğol İmpеratorluğu içərisində yеni bir impеratorluq qurmuş, mərkəzi Saray şəhəri olmaqla Qızıl Orda İmpеra- torluğunun qurucusu kimi tarixə öz damğasını vurmuşdur.
Qızıl Orda İmpеratorluğunun tərkibinə daxil olan ərazilərin ən böyük bir hissəində Türklər yaşadığından və moğolların böyük qismi- nin sonradan Monqolustana qayıtması nəticəsində dövlət tədricən tamamilə türkləşmiş, Qızıl Orda dövləti bir Türk dövlətinə çеvril- mişdi. Dövlətin rəsmi dili Çığatay türkcəsi, ordunun və əhalinin əsas hissəsinin türklərdən ibarət olması, Uyğur türk əlifbasından istifadə еdilməsi, əvvəl Göy Tanrı dinində, daha sonra isə Batı xanın kiçik qardaşı Bərkə xanın islamı qəbul еtməsi ilə Qızıl Orda dövləti tamamilə bir türk dövləti durumuna gətirilmişdi.
1236-1255 ci illərdə Çingiz Xanın nəvəsi Cucinin oğlu Batı Xan Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsi, eləcə də Kırım və Qıpçaq çöllərini zəbt edərək Qızıl Orda dövlətini yaratmış, Volqa çayının sahi- lində salınan Saray-Batı şəhərini İmperatorluğunun paytaxtı etmişdi. İlk vaxtlar böyük Çingiz İmperatorluğuna tabe olan Qızıl Orda XIII əsrin ortalarından etibarən müstəqil dövlətə çevrilmişdi. Dövlətin rəsmi dili “Çığatay türkcəsi” idi.
Batı Xanın vəfatından sonra hakimiyyətə gələn qardaşı Bərkə xan (hakimiyyət illəri :1257-1266) Çingiz İmperatorluğu daxilində baş verən hakimiyyət uğrunda gedən mübarizələrdən istifadə edərək dövlə- tin müstəqilliyini daha da möhkəmləndirmiş, Qafqaz və Azərbaycan uğrunda Hülakülərlə toqquşması Qızıl Orda ilə Misir Məmlükləri arasında hərbi-siyası ittifaqın qırılmasına səbəb olmuşdu. Bərkə xan 1265-ci ildə qardaşı oğlu Noqayın komandanlığı altında 20 minlik bir ordunu Bizans üzərinə göndərərək Dunayın cənubundakı bu döyüşdə Bizanslıları məğlub edib onları Bulqar torpaqlarını tərk etməyə məcbur etmişdi.
Bərkə Xandan sonra hakimiyyətə növbə ilə Batı Xanın nəvələri Məngi Teymur, Tuta Məngü və Teleboğa gəlsə də əslində hakimiyyəti dövlətdə və ordu içərisində böyük nüfuzu olan Noqay Xan idarə etmişdi. 1291-ci ildə hakimiyyətə gələn Toqta Xan uzun mübarizədən sonra 1300-cü ildə Noqay Xana qalib gələrək onu öldürtmüşsə də bu vaxtdan etibarən Aşağı İdil, Yayik (Ural) və Əmbə çayları ətrafında yaşayan və Noqay Xana tabe olan tayfalar Noqaylar adlanmağa başla- mışdı.
XIII əsrin 80-ci illərindən etibarən başlayan daxili çəkişmələr və ziddiyyətlər Qızıl Orda dövlətini zəiflətsə də hakimiyyətə gələn Özbək Xan (hakimiyyət illəri:1313-1342) ara müharibələrə son qoy- muş, İslam dininin dövlətin bütün təbəqələrinə yayılmasına çalışmış, dövlətin türkləşməsi prosesini başa çatdırmış, Azərbaycanı işğal etmiş, rus knyazlarından alınan vergi sistemində dəyişikliklər yaratmışdı. Özbək Xanın və oğlu Canı Bəyin dövründə (hakimiyyət illəri: 1342-1357) Qızıl Orda dövləti hərbi cəhətdən xeyli qüvvətlənsə də Canı bəyin öldürülməsindən sonra dövlətdə daxili çəkişmələr yenidən güc-lənmişdi. Artıq XIV əsrin 60-cı illərində Xarəzm müstəqilləşmiş, Həş- tərxan da Qızıl Ordadan ayırlmış, Polşa və Litva Qızıl Ordaya məxsus Dneprboyu torpaqları işğal etmiş, Qızıl Ordanın zəifləməsindən istifadə edən rus knyazları Dmitri Donskoyun başçılığı altında öz qüvvələrini birləşdirərək 1380-ci ildə Kulikovo döyüşündə Qızıl Orda xanı Mamayı ağır məğlubiyyətə uğratmışdı.1357-1380-ci illərdə Qızıl Ordada 25-dən artıq xan dəyişmişdi.
Bu zaman Qızıl Ordada hakimiyyəti ələ alan Toxtamış Xan (hakimiyyət illəri:1380-1395) mərkəzi hakimiyyəti gücləndirərək 1382-ci ildə Moskvanı tutaraq yandırmış, sonra isə Əmir Teymura qarşı mübarizəyə başlamışdı.Türk dünyasının bu iki mahir sərkərdəsi-Türkistan hökmdarı Əmir Teymurla Qızıl Orda Xanı Toxtamış arasında baş verən mənasız çarpışmalar 1395-ci ildə Toxtamışın Terek döyüşün- də ağır məğlubiy- yəti ilə nəticələnmiş, bu məğlubiyyətdən sonra Qızıl Orda dövləti bir daha özünə gələ bilməmişdi. Nəticədə fürsətdən istifadə edən Rusiya knyazlıqları və Litva dövləti güclənərək Qızıl Orda dövlətini sıxışdırmağa başlamışdılar.
Bu üzdən məmləkətin müxtəlif yerlərində mərkəzi hökumətə qarşı müxalifət və istiqlal hərəkatları baş qaldırmışdı. Eyni zamanda Kırıma hâkim olan Teymur Taş Bəy də Kırıma təkbaşına xan olmaq sevdasına düşmüş ve bu məqsədlə öz adına para da basdırmışdı. Bu paralar hicri 797 (milâdî 1394 - 1395) aiddir. Teymur Taşın Kırımda nə vaxta qədər olduğu bəlli deyildir. Bəlli olan yalnız odur ki,onun ya özü, ya da oğlu Qiyasəddin zamanında bu ailə Litvaya sığınmağa məcbur olmuşdu. Çünkü tarixi mənbələr Hacı Girayın Litvada anadan olduğu- nu bildirir. Bəzi tarixi Türk mənbələrinə görə Kırım Giray sülâlesini kuran Hacı Giray Xan bu Teymur Taşın torunudur ( Seçmələr bizimdir-A,Q, bax: Barthold, Hacı Giray, Islâm Ansiklopedisi, II cilt,səh 217; Ebülgazi Bahadur Han, Türk şeceresi; Rıza Nur Bey tarafından yapılan Türkiye türkçesi tercümesi, səh.184).
Əmir Teymur Türküstana döndükdən sonra Toxtamış Xan «Saray» şəhərinə gələrək məmləkətini idarə etməyə başlasa da Edügə Bəy ona rahatlıq verməmişdi. Edügə Bəy on beş dəfə Toxtamışla vuruşmuş, lakin sonda yenilib qaçmış, 6 ay ondan heç bir xəbər çıxmamış,sonra birdən xeyli miqdarda əskərlə Saraya hücum etmişdi. Vəziyyətin ağırlaşdığını görən Toxtamış 1399-cu ildə bir az əskəri, ailəsi və xəzinə- siylə qaçmağa məcbur olmuşdu. Bundan sonra Qızıl Orda taxtına sırası ila Teymur Qutluğ Xan, Şadıbəy Xan, Polat Teymur Xan adındaki hökümdarlar çıxsa da bütün nufuz və quvvət Edügə Bəyin əlində qalmışdı. Qanuni hökmüdarlar yerinə bir bəyin dövlətə başçılıq etməsi Türk törəsinə uyğun olmadığından məmləkətin hər tərəfındə narazıların sayı çoxalmış, qarşıqlıqlar, üsyanlar artmışdı. Həttâ 1408-ci ildə Edügə- nin 21 gün davam edən Moskva mühasirəsi də Sarayda qarışıqlıqların başlaması üzündən yarıda qalmışdı. Nəticədə Sarayda Teymur Qutluğ oğullarından Teymur Xanın hökmdar elan edilməsi ilə əlaqdar olaraq Edügə Bəy son hökmdar Polat Teymur Xan ilə Kırım tərəflərinə qaçmış dı. Ehtimal ki Teymur Taş ailəsinin Litvaya qaçmasına səbəb olan hadi- sə Polat Teymur Xanla Edügənin buralara gəlməsi olmuşdur. Teymur Xan da iktidarda çox qalmamış, Toxtamışın oğullarından Cəlaləddin hücum edərək onu qaçırmış və 1411-ci ildə də Qızıl Orda Xanı olmuş- du. Cəlaləddin Xan zamanında da qarışıqlıqlar davam etmişdi ki, bunun da əsas səbəbi Edügəni görən Cəlâləddin Xanın onu öldürmək istəməsi və buna nail ola bilməməsi olmuşdu. Bunu baxmayaraq Rus ve Litva prensləri Cəlâləddin Xana itaət etdiklərini bildirmiş, həttâ Moskva prensi Vasili onun etimadını qazanmaq üçün 1412-ci ildə bir çox hədiyyələrlə paytaxt Saraya gəlmiş, lakin bu vaxt Cəlâləddinin kiçik qardaşı Kərim Berdi Xan tərəfindən öldürüldüyündən Vasili də ona biat etmişdi.
Kərim Berdi Xandan sonra Toxtamış Xanın Cabbar Berdi, Kəbək, Qadir Berdi adındakı oğulları sırası ilə Xan oldular. Bunlardan Qadir Berdi Xan 1426-cı ildə İdil boyunda Edügə Bəylə iki ordunun ortasında təkətək belə döyüşmüşdü . Bu mübarizədə Qadir Berdi Xan Edügəni yaralamağına baxmayaraq özü dəe onun tərəfindən öldürülmüşdü. Vəziyyətin belə olduğunu görən hərbi rəhbərlik dərhal Teymur Qutlu- ğun oğlu Teymur Xanın kiçik oğlu Kiçik Məhəmmədi Xan yapmış və Edügə ordusu ilə savaşa girərək onu məğlub etmiş, özünü də öldürmüşdü. Kiçik Məhəmmədin Xan seçilməsinə səbəb onun böyük qardaşı olan Uluğ Məhəmməd Xanın savaş yerində olmaması idi. O, biraz sonra gələrək Xanlıq taxtına oturduğundan Kiçik Məhəmməd qaçmağa məcbur olmuşdu. Uluğ Məhəmməd Xanın bütün ağıl və tədbi- rinə baxmayaraq məmləkətdəki qarışıqlıqların qarşısı alına bilməmişdi. Hətta dövlətin Ağ Ordu hissəsində hökmetməkdə olan Barak Xan, Uluğ Məhəmmədə qarşı çıxsa da o, 1428-ci ildəki son döyüşdə yenilərək öldürülmüşdü (Seçmələr bizimdir-A.Q. Bax: Ahmet Zeki Valîdi, Türk ve Tatar tarihi, səh. 175 - 181; Rıza Nur, Türk tarihi II cilt, səh.164 – 165).
Bu dövrdə Litvada mühacirətdə olan Hacı Giray da Litva grandükü Witoldun (1392 - 1430) yardımı ilə Kırım yarımadasının hakimiyyətini ələ keçirsə də Uluğ Məhəmməd Xan buna səsini çıkarmamışdı. Barak Xanla olan mücadiləsində Qızıl Orda dövləti çok zəif düşdüyündən Uluğ Məhəmməd Xan Litva ve Lehistana (Polşaya) arxalanan Hacı Giraya qarşı susmağa üstünlük vermiş və sülh siyasətini uyğun gör-müşdü.Uluğ Məhəmməd izlədiyi sülh siyasətinə, ölkəni yaxşı idarə etməsinə və əhalisinin sayğısını qazanmasına baxmayaraq, Qızıl Orda dövlətində adət halına gələn hökumət çevrilişi nəticəsində 1437-ci ildə Rusiyaya qaçmağa məcbur olmuş və yerinə qardaşı Kiçik Məhəmməd Xan olmuşdu ( Seçmələr bizimdir-A.Q. Bax: Ahmet Zeki Valîdi, Türk ve Tatar Tarihi, səh.182 – 183; Rıza Nur, Türk Tarihi, II cilt, səh.165 ; Barthold, Hacı Giray, İslâm Ansiklopedisi, II cilt, səh. 217).
Aralarında bugünkü Rusların da bulunduğu Doğu Slavyan xalq-larını iki yüz ildən artıq öz hakimiyyəti altında saxlayan Qızıl Orda İmperatorluğu dövrü Kırımda da Türk mədəniyyətinin kəsin olaraq təsis olunduğu dönəmdir. Kırımın Müsəlmanlaşması da bu dövrdə son şəklini almışdır. Beləliklə Kırım təqribən beş əsr aralıqsız olaraq Türk- lərin hakimiyyəti altında olmuşdur.
Bir dönəm dünyanın ən qüdrətli dövləti olan Qızıl Orda İmpera- torluğunun taxt-tac qovğaları içinə düşməsilə, taxt üzərində iddia sahibi olan Çingiz Xan soyundan bir çox prenslər tərəfdarları ilə birlikdə İmperatorluğun bəlli bölgələrində hakimiyyəti ələ keçirərək öz müstəqil xanlıqlarını elan etmişdilər ki, bunlardan biri də Kırımda hakimiyyətə sahib çıxaraq Qızıl Orda taxtının gerçək sahibləri olduğu iddiasında bulunan Qiyasəddin və onun oğlu Hacı Giray idi. Hacı Giray Qızıl Orda dövlətinin tamamını əldə edə bilməsə də, onun idarəsində XV əsrin ilk yarısından etibarən Kırımı və onun quzeyindəki geniş əraziləri içinə alan qüdrətli və müstaqil bir dövlət – Kırım Xanlığı təşəkkül tapmış oldu.
Bir çox siyasi amillərin, xüsusilə Əmir Tеymurun dalbadal еndirdiyi üç ağır zərbədən sonra özünə gələ bilməyən Qızıl Orda İmpе- ratorluğu nəhayət 1502-ci ildə tarixə qovuşdu. Bu impеroatorluğun xarabalıqları üzərində sonradan Kırım, Qazan, Həştərxan, Qasım, Noqay və Sibir xanlıqları qurulmuşdu.
Aydın Qasımlı
TEREF

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru