Britaniyada ilk dəfə iddiaçı məhkəməni süni intellektin köməyi ilə udub

Bu gün, 16:38           
Britaniyada ilk dəfə iddiaçı məhkəməni süni intellektin köməyi ilə udub
Böyük Britaniya hüquq praktikasında ilk dəfə olaraq məhkəmə materialları tamamilə süni intellekt tərəfindən hazırlanmış iş üzrə qərar çıxarıb. Süni intellekt sistemi 7 000 funt sterlinq məbləğində borcun tutulması üçün məhkəməyəqədərki bütün hazırlığı müstəqil şəkildə həyata keçirib və London məhkəməsində iddiaçının qələbəsini təmin edib.

Oxu.Az bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir.

Ştatdankənar HR-məsləhətçi olan iddiaçı Tamires Kamal Takidir hüquqi məktubun tərtib edilməsi və iddianın qaldırılması üçün "Garfield AI" şirkətinə təxminən 400 funt sterlinq ödəyib.

Şirkətin texnologiyası 2024-cü ilin aprelində Vəkillərə Nəzarət üzrə Tənzimləmə İdarəsi tərəfindən 10 000 funt sterlinqə qədər olan borcların tutulması üçün rəsmən icazə alıb. Süni intellekt sistemi üç saatlıq məhkəmə iclası üçün şahid ifadələrini və sənədlərin tam zərfini hazırlayıb. Bununla belə, məhkəmə zalında iddiaçının maraqlarını birbaşa təmsil etmək üçün adi vəkil işə götürülüb.

Qeyd olunur ki, bu cür texnologiya əvvəllər məhkəmə çəkişmələrinin baha başa gəlməsi səbəbindən borclarını silməyə məcbur olan bir çox kiçik müəssisələr üçün ədalət mühakiməsini əlçatan edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru