Trampın portreti olan dollar ABŞ-da qalmaqal yaratdı
Bu gün, 16:21

ABŞ-da Tramp böhranı: 250 dollarlıq əskinas araşdırılır
ABŞ Konqresindəki Demokratlar Partiyasından olan senatorlar hazırkı prezident Donald Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın hazırlanmasına ayrılan vəsaitlərin yoxlanılmasını tələb edirlər.
32gun.az bildirir ki, "Axios" portalının məlumatına görə, qanunvericilər Maliyyə Nazirliyinin Baş Müfəttişliyinə müraciət edərək "qanunsuz" adlandırdıqları bu layihənin xərclərinin araşdırılmasını istəyiblər. ABŞ qanunvericiliyinə əsasən, pul nişanları və qiymətli kağızların üzərində yalnız artıq dünyasını dəyişmiş şəxslərin portretləri yer ala bilər və demokratlar ölkədə qiymət artımı fonunda dövlət vəsaitlərinin prezidentin şəxsi ambisiyalarına xərclənməsini kəskin tənqid edirlər.
Trampın komandası isə ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunmuş bu yeni əskinas ideyasını fəal şəkildə irəli sürür və bu reallaşarsa, Tramp son 150 ildə sağlığında Amerika əskinasına düşən ilk şəxs olacaq. Bununla belə, Maliyyə naziri Skott Bessent daha əvvəl bəyan etmişdi ki, Konqres rəsmən dəstəkləməyəcəyi təqdirdə Ağ Ev administrasiyası bu əskinasın dövriyyəyə buraxılması üçün israr etməyəcək.

