ABŞ-də gözlənilməz hadisə: Strateji neft ehtiyatlarına giriş mümkün deyil
Bu gün, 16:08

ABŞ-nin strateji neft ehtiyatındakı bütün həcmlərin dörddəbir hissəsinin çıxarılması qeyri-mümkün olub.
Oxu.Az xəbər verir ki, bu barədə iyulun 2-də ABŞ Hesablama Palatasının yayımladığı məlumatlarda bildirilir. Sənədlərdən aydın olur ki, avadanlıqlardakı nasazlıqlar və anbarların deformasiyaya uğraması səbəbindən yanacaq yerin altında bloka düşüb. Hazırda həmin nefti oradan çıxarmaq mümkün deyil. Davamlı qəzalar və bərpa işləri nəticəsində ehtiyatın neftvermə üzrə real imkanları layihə gücünün 61 faizinə, qəbuletmə üzrə isə 56 faizinə qədər geriləyib. ABŞ Hesablama Palatasının məlumatlarına əsasən, mövcud problemlərin aradan qaldırılması üçün 230 milyon dollar vəsait tələb edilir.
Məlumata görə, anbarların fəaliyyətindəki pozuntulara 2022-ci ildə Ukraynadakı münaqişə fonunda ölkə tarixində ən böyük həcmdə neftin çıxarılması səbəb olub. İnfrastrukturun aşınması ilə bağlı vəziyyət 2026-cı ilin mart ayında, ABŞ-nin İrandakı əməliyyatlarına başlamasından sonra yanacaq qiymətlərini tənzimləmək məqsədilə hökumətin neft ehtiyatlarını yenidən sərbəst buraxmağa başladığı zaman daha da ağırlaşıb.

