"National Grid" süni intellektin yaratdığı enerji tələbatına görə "Joulent"ə 2,98 milyard manat investisiya yatırır

Bu gün, 16:44           
"National Grid" süni intellektin yaratdığı enerji tələbatına görə "Joulent"ə 2,98 milyard manat investisiya yatırır
Böyük Britaniyanın enerji şəbəkəsi operatoru "National Grid" süni intellektin sürətli inkişafı ilə əlaqədar artan enerji tələbatını nəzərə alaraq, ABŞ-də məlumat mərkəzləri üçün enerji infrastrukturu hazırlayan "Joulent" platformasının 35 faizlik payını almaq üçün 1,75 milyard ABŞ dolları (təxminən 2,98 milyard manat) həcmində investisiya yatıracağını açıqlayıb.

İnvestisiya "Joulent"in ilk layihəsinin maliyyələşdirilməsinə dəstək verəcək. Layihə "Chevron" ilə 50/50 tərəfdaşlıq çərçivəsində ABŞ-nin Qərbi Texas bölgəsində inşa olunan, ümumi gücü 2,67 giqavat olan qazla işləyən elektrik stansiyasını əhatə edir.

Həmin stansiya 20 illik elektrik enerjisinin alqı-satqısı müqaviləsi əsasında "Microsoft" tərəfindən idarə olunan məlumat mərkəzi kampusunu enerji ilə təmin edəcək.

Bildirilib ki, "Kilby" adlanan layihə üçün "GE Vernova" istehsalı olan turbinlər də daxil olmaqla əsas avadanlıqlar artıq təmin edilib, mühəndislik və tikinti işləri üçün zəruri resurslar isə əvvəlcədən rezerv olunub.

Qeyd edək ki, layihənin 2028-ci ildən etibarən həyata keçirilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru