Merz ABŞ-yə Almaniya seçkilərinə müdaxilə etməkdən çəkinməyə çağırdı

Bu gün, 10:44           
Merz ABŞ-yə Almaniya seçkilərinə müdaxilə etməkdən çəkinməyə çağırdı
Almaniya kansleri Fridrix Mez ABŞ-ni Almaniyadakı seçkilərə müdaxilə etməkdən və ölkədəki müəyyən siyasi qüvvələri dəstəkləməkdən çəkinməyə çağırıb.

Teleqraf xəbər verir ki, Merz Berlində keçirilən mətbuat konfransında deyib: "Mən həmişə demişəm ki, biz Amerika seçkilərinə müdaxilə etmirik. Biz bunu həmişə müdafiə etmişik. Əksinə, mən Amerika hökumətinin və ya ona yaxın qurumların Almaniya seçkilərinə müdaxilə etməsini istəməzdim. Almaniyada xaricdən siyasi partiyaların maliyyələşdirilməsi qanunsuzdur. Mən güman edirəm ki, ilk növbədə, dünyadakı dostlarımız bu hüquqi qaydalara riayət edəcəklər".

Sentyabrda Berlin, Meklenburq-Ön Pommern və Saksoniya-Anhaltda ştat seçkiləri keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru