Rusiyada miqrantları buna məcbur edəcəklər

Bu gün, 12:24           
Rusiyada miqrantları buna məcbur edəcəklər
Rusiyaya uzun müddətə, o cümlədən əmək fəaliyyəti üçün gələn xarici vətəndaşların mobil telefon alması məcburi edilə bilər.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin iclasında Rusiya daxili işlər nazirinin müavini İqor Zubov məlumat verib.

Məlumata görə, mobil cihaz ölkədə xarici vətəndaşların qalmasına nəzarət sisteminin bir hissəsi olacaq. Zubov dəqiqləşdirib ki, bu tədbir xüsusilə işləmək və ya uzun müddət qalmaq üçün gələn miqrantlara aid olacaq. Onun sözlərinə görə, telefonda miqrantın elektron profili yerləşdiriləcək və DİN həmin profil vasitəsilə onun yerləşdiyi əraziyə nəzarət edə biləcək.

"Bu, onun bir yaşayış məntəqəsindən digərinə nəzarətsiz keçməsinə, qalma yerini dəyişməsinə imkan verməyəcək", - deyə Zubov bildirib.

O, həmçinin qeyd edib ki, belə telefonların olması miqrasiya qeydiyyatı məsələlərində xarici vətəndaşlarla əlaqə yaratmağa imkan verəcək. Xüsusilə, həmin vasitə ilə sənədlərin qüvvədə olma müddətinin yaxınlaşan sonu və ya dövlət orqanlarına müraciət zərurəti barədə bildiriş göndərmək mümkün olacaq.

İyulun 10-da Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib ki, DİN əməkdaşları, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və Rosfinmonitorinq miqrasiya sahəsində 60 200 hüquq pozuntusunun qarşısını alıb. Nəticədə ölkədən 14 600 xarici vətəndaş çıxarılıb. Qurumlar xarici vətəndaşları qanunsuz şəkildə işə cəlb edən 10 400 işəgötürəni məsuliyyətə cəlb edib. 29 300 miqrantın ölkəyə girişinə icazə verilməməsi barədə qərar qəbul olunub. Bundan əlavə, bu sahə üzrə 2 000 cinayət işi başlanıb. Əməliyyat zamanı axtarışda olan 301 nəfər də müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru