Kirkorov ABŞ vətəndaşlığı üçün malikanəsini 100 dollara satıb

Bu gün, 15:38           
Kirkorov ABŞ vətəndaşlığı üçün malikanəsini 100 dollara satıb
Rusiyalı müğənni Filipp Kirkorov qızının ABŞ vətəndaşlığını zəmanət altına almaq məqsədilə Mayami şəhərindəki malikanəsini bazar dəyərindən 41 min dəfə ucuz qiymətə ona satıb.

Bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Mənbənin məlumatına əsasən, bazar qiyməti 6.1 milyon dollar olan evi sənətçi cəmi 100 dollara satıb. O, bu villanı 2011-ci ildə 4.2 milyon dollar müqabilində əldə etmişdi. Əmlakın mülkiyyət hüququ sənətçinin özünün, oğlu Martinin, qızı Alla-Viktoriyanın və daha bir qadının adına qeydiyyata alınıb.

Villa Mayaminin prestijli ərazilərindən birində, "La Gorce Drive" küçəsində qərarlaşır. İkimərtəbəli mülkün yaşayış sahəsi 734 kvadratmetr, ümumi sahəsi isə 905 kvadratmetr təşkil edir. Binaya 14 min kvadratmetrlik torpaq sahəsi aiddir. Evin daxilində yeddi yataq otağı və bir o qədər də vanna otağı mövcuddur. Həmçinin, ərazidə hovuz, cakuzi, sərnişin lifti və kərpic terras da yer alır.

Bildirilir ki, müğənni müxtəlif vergi güzəştlərindən istifadə edib. Əmlakın kadastr qiyməti 4.38 milyon dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru