SOCAR Azəriqaz İB -də yenə imtahan, yenə ixtisar... Bir ildə iki dəfə imtahan

Bu gün, 10:12           
SOCAR Azəriqaz İB -də yenə imtahan, yenə ixtisar... Bir ildə iki dəfə imtahan
İki-üç vəzifəli rəhbər işçilər! Toxunulmazlar. Apardığınız kadr siyasəti axırda bumeranq olub özünüzə yönələcək İnşAllah!
SOCAR Azəriqaz İB -də yenə imtahan,yenə ixtisar. Bir ildə iki dəfə imtahan.
Azəriqaz İB Lənkaran RQİİ Biləsuvar XS-dən yazdılar ki:
Bu gün iyul ayn 15- də müdür bizə bildirdi ki, sayğac əməliyyatları şöbəsinin çilingərləri iyul ayının 17 də Bakıda imtahana gedəcəksiniz , eşitdiyimiz bizi çox pis vəziyyətə saldı. Çünki Azəriqaz İB -də gedən struktur dəyişikliyi ilə əlaqədar 8 ay əvvəl biz imtahan verdik və müvafiq keçid balını yığdıq. Əmək Məcəlləsinə əsasən işçilərin attestasiyası da 5 ildən bir keçirilir. Bəs necə olur, hansı qanuna əsasən ✅8 ay əvvəl imtahan vermişik,indi bizi yenidən imtahan edirlər?
Ümüdimiz yaradana qalıb.
Qeyd: Aldığım məlumata görə proses (imtahan-ixtisar) Azəriqaz İB -nin başqa strukturlarında da başlanıb
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru