ABŞ-da Roma Papasına sui-qəsd hazırlayan yeniyetmə saxlanılıb

16-09-2015, 09:24           
ABŞ-da Roma Papasına sui-qəsd hazırlayan yeniyetmə saxlanılıb
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Filadelfiya ətrafında ABŞ-a səfəri planlaşdırılan Roma Papası Fransiskə sui-qəsd hazırlamaqda şübhəli bilinən 15 yaşlı yeniyetməni saxlayıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABC News telekanalı məlumat yayıb.

Məlumata görə, yeniyetmə ötən ay həbs olunub. Yeniyetmənin İŞİD terror qruplaşmasına üzv olmağa meyl göstərdiyi qeyd olunur.

“Yeniyetmə digər şəxslərin də iştirak edəcəyi hücum törətməyi planlaşdırıb. Hücum zamanı odlu silahlardan və bir neçə partlayıcı qurğudan istifadə etmək planlaşdırılıb”, deyə FTB-dən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru