Aydın Əliyevin gömrük fırıldaqları

29-04-2015, 12:47           
Aydın Əliyevin gömrük fırıldaqları
2014-cü ildə Azərbaycana ölkədə istehsalı olmayan 77 425 ədəd məişət və camaşırxana paltaryuyan maşını gətirilib. Onların biri gömrükdə orta hesabla $122,8-a rəsmiləşdirilib. Halbuki ötən il pərakəndə satışda onların minimal qiyməti 500 manat ($600) olub.

Gömrük Komitəsinin məlumatına görə, ötən il paltaryuyan maşın idxalı 20,5% artıb. İdxal həcmi pul ifadəsində $9 mln 508,3 min (+25,4%) olub.

Əhalisi iki dəfə az olan Gürcüstanda paltaryuyan maşınların idxalı həcmi $44 mln təşkil edib. Bu, bizdəkindən 4,6 dəfə çoxdur. Son iki ildə Gürcüstana bu malın idxalı 36% artıb. Rəsmi yoxsulluq səviyyəsi Azərbaycandan (5%) 6 dəfə çox olan Ermənistana 2014-cü ildə paltaryuyan maşın idxalı $11 mln 25,1 min olub.

Təbii ki, bütün bunların hesabı Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevdən sorulasıdır...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]