Hacı ibrahimi azad etdilər - Açıqlama

15-05-2015, 13:19           
Hacı ibrahimi azad etdilər - Açıqlama
"Mən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə vermişəm. Lakin hazırda heç bir cinayət işində adım keçmir. Mənə heç bir cinayət işi açılmayıb"


Bunu “APA-Economics”ə açıqlamasında iş adamı, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) deyib.

O, müəyyən problemlər olduğunu da etiraf edib: "Ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, "Khazar İsland” layihəsini həyata keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur".


İ. İbrahimov bildirib ki, onun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına aparılmağımla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]