"Nvidia"nın startap investisiyaları 43 milyard dollara çatdı
Bu gün, 16:24
Xəbər verdiyimiz kimi, "Nvidia" 2026-cı ilin ilk rübündə rekord maliyyə nəticələri açıqlayıb.
Valyuta.az bir daha qeyd edir ki, şirkət 26 apreldə başa çatan rübdə 81,6 milyard dollar gəlir əldə edib ki, bu da əvvəlki rüblə müqayisədə 20% çoxdur.
Rübdə diqqət çəkən əsas məqamlardan biri isə şirkətin startap və özəl şirkətlərə yatırdığı investisiyaların sürətlə artması olub. "Nvidia"nın özəl şirkətlərdəki paylarının dəyəri üç ay ərzində 22 milyard dollardan 43 milyard dollara yüksəlib.
Şirkətin baş direktoru Jensen Huang bildirib ki, "Nvidia"nın süni intellekt sahəsində təsir dairəsi genişlənməkdə davam edir.