Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru vəzifəsindən kənarlaşdırıldı

Bu gün, 09:16           
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru vəzifəsindən kənarlaşdırıldı
Roma Statutuna üzv dövlətlərin Assambleyası Nyu-Yorkda keçirilən xüsusi sessiyada seksual qısnamada ittiham olunan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xanı vəzifəsindən kənarlaşdırıb.

Bu barədə "Reuters" agentliyi iki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, səsvermə zamanı Beynəlxalq Cinayət Məhkəməsinə üzv olan 125 dövlətdən 82-si Kərim Xanın vəzifədən azad edilməsinin lehinə səs verib.

Xatırladaq ki, 2025-ci ilin mayında Kərim Xanın inzibati məzuniyyətə göndərildiyi açıqlanmışdı. Buna səbəb 2024-cü ilin oktyabrında ona qarşı irəli sürülmüş seksual qısnama ittihamları ilə bağlı aparılan istintaq olub. Bildirilmişdi ki, araşdırma başa çatanadək o, vəzifə səlahiyyətlərini icra etməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru