Maşınımızı başqası idarə edərsə, qəza olsa, KASKO ödənişi edilirmi?
Bu gün, 15:24
Bəzən ən sevimli əmlaklarımızdan biri olan avtomobilimizi sevdiklərimizə əmanət edirik. Lakin bəzən xoşagəlməz hadisələr də baş verir. Məsələn, avtomobili başqa şəxs idarə edərkən yol-nəqliyyat hadisəsi baş verə bilər. Belə hallarda isə sığorta şərtləri və qanunvericilik ön plana çıxır. Bəs kasko sığortası olan avtomobili sığorta müqaviləsində göstərilməyən şəxs idarə edərsə və qəza baş verərsə, sığorta ödənişi edilirmi?
Sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov Valyuta.az-a bildirib ki, kasko sığortası üzrə ödəniş yalnız avtomobili sığorta müqaviləsində adı göstərilən şəxslər idarə edərkən baş vermiş hadisələrə görə həyata keçirilir: "Avtomobili müqavilədə adı qeyd olunmayan şəxs idarə edərsə və bu zaman yol-nəqliyyat hadisəsi baş verərsə, dəymiş zərər sığorta şirkəti tərəfindən qarşılanmır".
Ekspert bildirib ki, avtomobilin sərxoş vəziyyətdə və ya narkotik vasitələrin təsiri altında idarə olunması nəticəsində baş verən hadisələr də sığorta ödənişindən imtina üçün əsas hesab olunur.