Türklərdə olan iki qapı dəstəyinin sirri
Bu gün, 08:54

Osmanlı zamanı qapılarda iki cür dəstək olardı- biri kiçik və biri bir qədər böyük. Qonaq kişi idisə, o, qapı üçün yüksək, gurultulu səs çıxaran böyük dəstəkdən, qadınlar isə sakit, aydın səs çıxaran kiçik dəstəkdən istifadə edirdilər.
Beləliklə, ev sahibləri kimin qapını döydüyünü bildilər. Əgər qonaq qadın olsaydı, qapını onun üzünə də qadın açardı. Bir kişi döydüsə, qapını yalnız kişi açmalıdır. Özü də kişi mütləq əlinə silah almalı idi qapı döyüləndə. Qapının o tərəfində düşmən də ola bilərdi, dost da..
Bu adət bir müddət sonra Azərbaycana gəldi, xüsusilə Bakıda, əsasən İçərişəhərdə dəb oldu. Hətta Üzeyir bəy "Arşın mal alan" filimində belə bir səhnə yaradır ki, xanımlar bağda yığışıb əylənəndə qapını döyən şəxsin kişi yaxud qadın olmasını biləndən sonra üzlərini örtürdülər.
Bu qədim Törə adəti idi. Türk qadını yad kişini görəndə mütləq başında olan yaylıq yaxud kəlağayı ilə üzünün burnuna qədər olan hissəsini örtməli idi, buna yaşmaqlanmaq demək idi. Hətta Törəyə görə yad xanımı görən kişi indiki şərf formasında olan yaylıqla da burun hissələrinə qədər ağızlarını örtərdilər.
İslam yayılandan sonra bu adəti görüb bir çox müsəlman ölkələri tətbiq etməyə başladılar. Müsəlman evinə yad adam qonaq gəlirdisə o zaman evin sahibəsi qonağı başı açıq qarşılamamalıdır.
Qapı dəstəkləri müxtəlif növlərdə olurdu. Onlar quşlar, heyvanlar, qazlar, pişiklər şəklində hazırlanmışdır. Bitki şəklində hazırlanmış dəstəklər də var idi. Digər məşhur dəstək forması qadın əli idi.
Bu günün özündə qədim klassik evlərdə bu cürə dəstəklərə rast gəlmək olar.
Zaur Aliyev, dosent

