Ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarının 92,7%-ni mikro sahibkarlıq təşkil edir, bəs 93% ə yaxın bu subyektlər büdcənin və ÜDM in neçə faizini formalaçdırır?!

Bu gün, 00:02           
Ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarının 92,7%-ni mikro sahibkarlıq təşkil edir, bəs 93% ə yaxın bu subyektlər büdcənin və ÜDM in neçə faizini formalaçdırır?!
Rəsmi: "2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda mikro sahibkarlıq subyektlərinin sayı 199 min 604-ə çatıb. Mikro sahibkarlıq subyektləri ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarının 92,7%-ni təşkil edib. mikro sahibkarlıq subyektlərinin böyük hissəsi Bakı şəhərində cəmləşib. Paytaxtda 139 min 41 mikro sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da ölkə üzrə ümumi sayın 69,7%-nə bərabərdir".
Dostlar, bir neçə cümləlik bu rəsmi məlumat, rəqəmlərin analizi və yaranan suallar, ölkə iqtisadiyyətanın acınacaqlı durumda olduğunu, daxili miqrasiyanı, yaranlış disbalansı, hətta Bakldakı tıxacları belə izah edir.
İqtisadiyyar Nazirliyinə sual verək: ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarının 92,7%-ni mikro sahibkarlıq təşkil edir - əla saslənir, bəs 93% ə yaxın bu subyektlər büdcənin və ÜDM in neçə faizini formalaçdırır?!
Yaxşı, bu subyektlərin 70%-i niyə Bakıdadır?! Bütün ölkəyə cəmi 30% qalır, bəs hanı regionların inkişaf proqramlarının nəticəsi?!
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru