MKİ və “Mossad” Xameneini axtarır – “The Times”

Bu gün, 00:11           
MKİ və “Mossad” Xameneini axtarır – “The Times”
ABŞ və İsrail kəşfiyyat orqanları Ayətullah Müctəba Xameneini tapmaq üçün çox məxfi əməliyyat keçirir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, əməliyyat bir müddətdir davam edir.
“The Times” qəzeti yazır ki, əməliyyatın məqsədi İranın yeni ali liderinə sui-qəsd etmək deyil.
Qəzet ifadə edir ki, hazırda ölkədə əsas rolu hərbçilər oynayır. Buna baxmayaraq, ayətullah rejimdə əsas fiqurdur və iki kəşfiyyat orqanı ən azı onun sağ olub-olmadığını, əgər sağdırsa, vəziyyətini, həmçinin, harada olduğunu müəyyən etmək istəyir.

Nəşrin məlumatına görə, kəşfiyyat xidmətləri yalnız öz agentlərinə etibar edir.
Fevralın 28-də atasının öldürülməsindən və özünün ağır yaralanmasından bəri Müctəba Xamenei bir dəfə də olsun telefondan zəng etməyib və ya kompüterdən istifadə etməyib. Bu isə əməliyyat zamanı istənilən elektron vasitəni “sıradan çıxarır”.

Qəzetə müsahibə verən ekspertlər isə bildirirlər ki, ayətullahın xarici dünyadan tamamilə təcrid olunması mümkün deyil. Hər iki kəşfiyyat xidmətinin agentləri Ali Rəhbərdən mesajlar çatdıran kuryerləri tapa biləcəklərinə ümid edirlər. Onlar Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Üsamə bin Ladeni belə təqib etdiyini və buna görə də, MKİ (həmçinin, “Mossad”) agentlərinin hazırda eyni şəkildə hərəkət etdiklərini qeyd edirlər.

“Müctəbanı tapmağın yeganə yolu onunla ünsiyyətdə olan birini əməkdaşlığa cəlb etməkdir. Amma bu, olduqca çətindir. Bəlkə də, İslam İnqilabı Keşikçiləri Korpusunun yalnız iki və ya üç üzvü onun harada olduğunu bilir”, - deyə “Mossad”ın keçmiş rəhbərlərindən biri Rami İqra nəşrə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru