Malidə terrorçular 21 hərbçini qətlə yetiriblər

18-03-2019, 07:04           
Malidə terrorçular 21 hərbçini qətlə yetiriblər
Malinin mərkəzi hissəsində yerləşən Diura yaşayış məntəqəsində yerləşən hərbi bazaya silahlı hücum nəticəsində 21 hərbçi həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü AFP məlumat yayıb.

"İlkin məlumata görə, 21 cəsəd aşkar edilib", - deyə agentliyin hərbi dairələrdəki mənbəsi bildirib.

Hücum Mali ordusundan fərari olan şəxsin başçılıq etdiyi terror qruplaşması tərəfindən təşkil olunub. Qrupun adı açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru