Təkrar emal müəssisəsində yanğın -

13-04-2023, 09:54           
Təkrar emal müəssisəsində yanğın -
ABŞ-nin İndiana ştatında təkrar emal müəssisəsində yanğın baş verib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğınla əlaqədar 2000 nəfərin təxliyəsi üçün hazırlıqların görüldüyü açıqlanıb.

İndiana ştatının yanğınsöndürmə rəisi Stiv Cons keçirdiyi mətbuat konfransında müəssisədə yanan əşyalar arasında plastiklərin olduğunu, dünən başlayan və kilometrlərlə yayılan qara tüstünün tamamilə zəhərli olduğunu bildirib.

Cons yanğın nöqtəsinə 800 metr məsafədə olan sakinlər üçün təxliyə əmri verildiyini və küləyin istiqamətinə görə qərarın dəyişdirilə biləcəyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru