Düşən meteoriti tapana 25 min dollar mükafat veriləcək

13-04-2023, 13:37           
Düşən meteoriti tapana 25 min dollar mükafat veriləcək
Ötən həftə Kanadanın Men əyalətinə düşən meteoriti tapana 25 min dollar mükafat veriləcəyi açıqlanıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Men ştatındakı bir muzey keçən həftə ABŞ və Kanada sərhədinə enməzdən əvvəl səmada iz qoymuş kosmik qayanın qalıqları üçün 25 min dollar təklif edir.

Men Mineral və Gem Muzeyinin meteorit bölməsinin rəhbəri Darryl Pitt, günəş sistemi haqqında dəyərli məlumatları ehtiva edə biləcək meteorit parçalarını araşdırmaqda maraqlı olduğunu söyləyib.

Çəkisi 1 kiloqram və ya daha çox olan ilk meteorit parçasına görə 25 min dollar mükafat veriləcək.

Bununla belə, muzeyin “ölçüsündən asılı olmayaraq” istənilən nümunəyə görə ödəniş edə biləcəyi açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru