İkibaşlı donuzburunlu ilan doğulub: Başlardan biri yeyir, o biri çeynəyir - VİDEO

5-09-2023, 13:54           
İkibaşlı donuzburunlu ilan doğulub: Başlardan biri yeyir, o biri çeynəyir - VİDEO
İngiltərədəki “Exeter Exotics” zoomağazasında donuzburunlu ikibaşlı ilan doğulub.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilir ki, artıq beşhəftəlik olan ikibaşlı sürünən yeməyin dadına baxır və inkişafı yaxşı gedir.

Məlumata görə, başlardan biri təklif olunan sardinaları iştaha ilə yeyir. İkincisi də yeməyə maraq göstərir, lakin daha dar boğaz var, buna görə də yalnız kiçik parçaları uda bilər.
“Sağ baş yemək yeyəndə sol baş çeynəmə hərəkətləri edir. Qəribə görünür”, - deyə zoomağazadan bildirilib.

Qeyd edək ki, donuzburunlu ilan, Kanadanın cənub-qərbində, ABŞ-nin qərb ştatlarında və Meksikanın şimal-qərbində yaşayan zəhərsiz ilandır.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru