“Qaz 31”ə 13 baş heyvan yerləşdirdi - Hamı heyrətlə izləyir - VİDEO

15-09-2023, 19:23           
“Qaz 31”ə 13 baş heyvan yerləşdirdi - Hamı heyrətlə izləyir - VİDEO
Sosial şəbəkələrdə yayılmış bir video izləyicilərin böyük marağına səbəb olub.

Məlumata görə, “Qaz 31” markalı köhnə avtomobilin sahibi maşının içərisinə 2 inək, bir buzov və 10 qoyun yerləşdirə bilib.

Görüntülər Bərdə rayonunda yerləşən mal bazarında lentə alınıb. Avtomobil sahibi bunu qazanc xatirinə etdiyini söyləyib. Onun dediyinə görə, inəklərin hər biri 250 kilo, qoyunlar isə təxminən 15-20 kilo çəkidə olub.

O, avtomobilin baqajına sıxışdırılmış qoyunların yanına hələ daha bir qoyunun da yerləşdirməyin mümkün olduğunu deyib.

13 baş heyvan yerləşdirilmiş minik maşınına sürücü ilə bərabər bir kişi də oturub və buzovu qucağına alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru