Cənubi Kipr Prezidenti Nikos Xristodulides (adanın yunan tərəfi) Akrotiridəki Böyük Britaniya hava bazasına gecə vaxtı İran tərəfindən PUA hücumunu təsdiqləyib.
Tribuna.az xəbər verir ki, bu barədə o, xalqa müraciətində bildirib. O bəyan edib ki, “Şahid” tipli pilotsuz uçan aparat Akrotiridəki Britaniya bazalarındakı hərbi obyektlərə çırpılaraq kiçik maddi ziyana səbəb olub.