Sərnişinlə dolu təyyarənin havada mühərriki ALOVLANDI – VİDEO

4-03-2026, 11:34           
Sərnişinlə dolu təyyarənin havada mühərriki ALOVLANDI – VİDEO
Rusiyada təyyarənin mühərriki qalxış zamanı alovlanıb.

Bu barədə məlumat və görüntüləri “Baza” Telegram kanalı yayıb.

Bildirilib ki, Moskvanın Vnukovo hava limanından qalxış zamanı təyyarənin mühərriki alovlanıb.

Moskva-Pattaya reysi ilə uçan sərnişinlər əvvəllər mühərrikdəki nasazlıq səbəbindən uçuşlarını iki gün gözləmişdilər.

“Bu, AZUR Air şirkətinin ZF 2801 reysi ilə bağlıdır. Təyyarənin 28 fevralda yola düşməsi planlaşdırılırdı, lakin uçuş ləğv edildi”.

Sərnişinlərin sözlərinə görə, gecikməyə təyyarənin nasazlığı səbəb olub:

“Texniklər lazımi hissəni almaq üçün başqa bir təyyarəni gözləyirdilər. Sərnişinlərə yemək və su verilib və daha sonra otellərdə yerləşdirilmişdilər”.

Məlumata görə, “AZUR Air” təyyarənin hazırlıqlarının başa çatdığını bildiribmiş, lakin 2 mart axşamı, qalxışdan dərhal sonra mühərrik alovlanıb. Buna baxmayaraq təyyarə yenə də Pattayaya çatıb və təhlükəsiz yerə enib./baku.ws













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru