Azərbaycanın sərvəti göz görə görə məhv edilir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərin məhvinə biganədir...

Bu gün, 10:37           
Azərbaycanın sərvəti göz görə görə məhv edilir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərin məhvinə biganədir...
25.07.2026-cı il tarixində Şıxov sahilində apardığım müşahidələr sahilyanı ərazidə ciddi ekoloji problemlərin davam etdiyini göstərir. Neftə bənzər çöküntülər, durğun və yüksək dərəcədə çirklənmiş su hövzələri, kanalizasiya və məişət tullantıları bu ərazidə ekoloji vəziyyətin bərbad olduğunu göstərir. Bu mənzərə Xəzər sahillərinin mühafizəsi və çirklənmənin qarşısının alınması istiqamətində dövlət nəzarətinin və ekoloji idarəetmənin olmadığını və əksinə dövlətin çirklənməyə göz yumduğunu və çirkləndirdiyini göstərir.
Bu hal sahilyanı flora və fauna üçün, dəniz suyu üçün ciddi təhlükəli vəziyyət yaradır. Çirklənmənin davam etməsi qoxu problemlərinin yaranmasına da səbəb olur. Qamışlıq ərazilərdə və kiçik su hövzələrində yosunların intensiv inkişafı, köpüklənmə, səthin yaşıl kütlə ilə örtülməsi və suyun rənginin dəyişməsi çirkab sularının təsiri nəticəsindədir. Bu hal adətən fosfat, nitrat, ammoniumun təsiri ilə yaranır.
Bu hal neft məhsulları və çirkab suları ilə çirklənmənin eyni vaxtda baş verdiyini göstərir. Dəqiq mənbənin müəyyən edilməsi üçün su və çöküntü nümunələrinin laborator analizinə ehtiyac vardır.
Bu çirklənmiş ərazilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işləmədiyini göstərir. Sahilyanı ərazilərdə müntəzəm monitorinq aparılmalı, çirklənmə mənbələri müəyyən edilməli, nəticələr ictimaiyyətə açıq şəkildə təqdim edilməli və məsul şəxslər qanunvericiliyə uyğun cavabdehlik daşımalıdır. Belə mənzərənin uzun müddət mövcudluğu ekoloji təhlükəsizliyin olmadığını göstərir.
Xəzər dənizi Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biridir. Onun sahillərinin bu vəziyyətdə qalması təkcə ekoloji problem deyil, həm də dövlət idarəçiliyi problemdir. Yalnız görüntü naminə mənasız, xeyri olmayan təmizlik aksiyaları lazımsızdır. Çirklənmələrin mənbələri aradan qaldırılmalı və sahilyanı ekosistemlərin bərpası üçün konkret tədbirlər həyata keçirməlidirlər. Ən azından dövlət heç olmasa çirkləndirməli deyil. Dövlətin borcu Xəzəri qorumaqdır, məhv etmək deyil.
Sara Rahimova





0:00 / 0:19












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru