Bu isə yeni xanədir. Necə deyərlər, Yeni sətirdən, böyük hərflərlə yazılmalı xəbər. Ukrayna dronları artıq Sibirdə belə neft emalı zavodlarını hücuma məruz qoyur. Zərbə ölkənin ən böyük neft-kimya zavodlarından biri olan və SIBUR-a məxsus ZapSibNeftexim şirkətinə endirilib. Zavod Ukrayna sərhədindən 2000 km-dən çox məsafədə, Tümen vilayətinin Tobolsk şəhərində yerləşir. Kompleks neft məhsullarını emal edir və ildə təxminən 2,5 milyon ton polimer istehsal edir. Bu, Rusiyanın sənaye infrastrukturuna ən uzun məsafəli zərbələrdən biridir. Dadash Ahmadli