Pelenin anası 101 yaşında vəfat edib

22-06-2024, 11:38           
Pelenin anası 101 yaşında vəfat edib
Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selesta Arantes dünyasını dəyişib.

101 yaşlı Selesta Arantesin bir həftədən çoxdur xəstəxanada olduğu məlum olub. Lakin onun ölüm səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Pele 2022-ci ilin dekabrında 82 yaşında vəfat edib. O, "Santos" və "Nyu-York Kosmos" klublarında oynayıb.

Pele yeganə futbolçudur ki, oyunçu kimi üç dəfə dünya çempionu olub (1958, 1962 və 1970-ci illərdə).



Mənbə: Championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]